RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Ağstafa rayonuna səfərə gəlib VİDEO

Ağstafa, 4 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ağstafa şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Hazırda dünyada böyük narahatlıq yaradan koronavirus infeksiyasına yoluxmaq təhlükəsi olsa da, Azərbaycan Prezidenti bölgələrə səfərini təxirə salmadı. Baxmayaraq ki, koronavirusun yayıldığı ölkələrin heç birində dövlət başçıları regionlara səfər etmir, insanlarla görüşmür. Amma Azərbaycan Prezidenti bu addımı ilə bir daha göstərdi ki, ölkənin regionlarında vəziyyət, insanların problemlərinin həlli dövlətimizin başçısı üçün prioritet məsələdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin