SİYASƏT


Prezident İlham Əliyev: Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı

Bakı, 13 aprel, AZƏRTAC

Ermənistanın taktikası danışıqlar prosesində iştirakla bağlı imitasiya yaratmaq, həlledici addım atmaq, lazım gəldikdə isə, Fransa danışıqlarında olduğu kimi, geri çəkilmək idi. 2009-cu ildə Ermənistan tərəfi, əslində, Dağlıq Qarabağın ətrafındakı ərazilərin azad edilməsini nəzərdə tutan həll variantını rədd etdi.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransdakı çıxışında söyləyib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, əgər belə demək mümkündürsə, mənəviyyat müharibəsi aparırdı: “Müharibə başlayarkən mənim hərbi qulluqçulara dərhal verdiyim əmrlərdən biri ləyaqətlə, mötədil davranmaq, mülki vətəndaşlara zərər yetirməmək barədə oldu. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunu aydın göstərdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.