Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında nümunə göstərir

Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında nümunə göstərir

Bakı, 29 oktyabr, AZƏRTAC 

Prezident İlham Əliyevin müdrik siyasi xadim kimi fəaliyyəti Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Bunu Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin azad olunması uğrunda göstərdiyi şücaət də təsdiqləyir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti, uzaqgörən siyasəti və praqmatik düşüncəsi sayəsində rəşadətli Ordumuzun dünyanın 50 ən güclü orduları sırasına qoşulması hər birimiz üçün qürurvericidir. Hər gün bayrağımızın işğaldan azad edilmiş yeni bir yaşayış məntəqəsində ucaldılmasına artıq vərdiş etmişik. İyirmi yeddi illik yurd həsrətinə son qoyulmuş yaşayış məntəqələrimizin sayı artıq 160-a çatıb. Bir ay ərzində 4 rayonun, 3 qəsəbənin, Murovdağ yüksəkliyinin, strateji əhəmiyyətə malik Suqovşanın, Xudafərin körpülərinin düşməndən azad edilməsi və həmin ərazilərdə Azərbaycan bayrağının dalğalanması tarixi qələbəmizdir. Bəli, Azərbaycan müstəqillik tarixinə özünün şanlı səhifələrini yazır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov Rayon Qeydiyyat Şöbəsinin rəisi, ədliyyə müşaviri, hüquq elmləri üzrə fəlsəfə doktoru Səadət İsmayılova bildirib.

Səadət İsmayılova qeyd edib ki, işğalçı Ermənistan sentyabrın 27-dən başladığı növbəti təxribatdan sonra daha da azğınlaşaraq münaqişəni müharibə həddinə çatdırdı. Təcavüzkar ölkənin baş naziri öz havadarlarının köməyi ilə dünya ictimaiyyətini inandırmağa çalışırdı ki, guya sərhədboyu ərazilərdə ilk təxribatı Azərbaycan Ordusu törədib. Dünyanın müxtəlif yerlərinə səpələnmiş ermənilər, hətta bəzi ölkələrdə siyasi təsir gücünə malik erməni lobbisinin fəaliyyəti nəticəsində bir sıra kütləvi informasiya vasitələri guya Azərbaycan Ordusunun dinc ermənilərə divan tutması barədə məqalələr dərc edir, bununla da xalqımız haqqında beynəlxalq aləmdə terrorçu obrazı formalaşdırırdılar. Böhtan və yalanla dolu olan həmin məqalələrdə onlar tarixi faktları saxtalaşdıraraq Dağlıq Qarabağın Ermənistanın ərazisi olması barədə dünya ictimaiyyətini inandırmağa çalışırdılar. Lakin Prezident İlham Əliyev dünyanın nüfuzlu televiziya kanallarına müsahibələrində, həmçinin mötəbər beynəlxalq qurumların tədbirlərində, hətta koronavirusun tüğyan etdiyi bir vaxtda da videoformatda keçirilən zirvə görüşlərində və digər tədbirlərdə faktlara əsaslanaraq ermənilərin bu yalanlarını alt-üst edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, Ermənistanın işğalçı siyasəti, terror aktları barədə ətraflı məlumat verməsi dövlət başçımızı informasiya cəbhəsinin də müdrik sərkərdəsinə çevirib.

Azərbaycan Prezidentinin Ermənistanın baş naziri Nikol Paşinyanın müharibə planı barədə dünya ictimaiyyətini vaxtında məlumatlandırması erməni dezinformasiyasını darmadağın etdi. Artıq dünya ictimaiyyətinə də bəlli oldu ki, Ermənistanın baş naziri müxtəlif vasitələrlə sülh danışıqlarından yayınır, Azərbaycana qarşı genişmiqyaslı müharibəyə hazırlaşır. Dövlətimizin başçısı bu barədə sentyabrın 27-dən də əvvəl videoformatda keçirdiyi beynəlxalq tədbirlərdə məlumat vermişdi. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri, hazırkı vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmış, Azərbaycanın haqlı mövqeyini təkzibolunmaz faktlarla əsaslandırmışdı. Ermənistanın erməni lobbisi və xaricdəki havadarlarının köməyi ilə yenidən özü üçün münbit informasiya mühiti yarada biləcəyi xülyası alt-üst oldu. Çünki ölkəmizin rəhbəri dünyanın aparıcı televiziya kanallarına verdiyi müsahibələrində erməni məkri, Nikol Paşinyanın faşizm ideologiyasına sadiqliyi, nasizmə xüsusi meyilliyi barədə faktlara əsaslanaraq məlumat vermişdi. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasında iştirakı da daxil olmaqla çıxışları və irəli sürdüyü əsas tezislərin yenidən diqqətə gətirilməsi Ermənistanın iç üzünü bir daha ifşa etdi.

Məlumdur ki, erməni təbliğat maşını yalan və iftira üzərində qurulan bir mexanizmdir. Ermənilər zaman-zaman uydurma “erməni soyqırımı” haqqında saxta məlumatlar yayaraq guya azərbaycanlıların “zavallı ermənilərə” qarşı qəddarlığı barədə dünya ictimaiyyətini inandırmağa cəhd ediblər. Lakin ölkəmizdə düzgün və düşünülmüş şəkildə qurulmuş informasiya təbliğatı tədricən ermənilərin yalanlarını ifşa etmiş, onların azərbaycanlılara qarşı soyqırımı törətmələri barədə həqiqətlər olduğu kimi dünya birliyinə çatdırılmışdır.

Dövlət başçımızın informasiya cəbhəsindəki xüsusi fəallığı sayəsində Azərbaycan hələ əks-hücum əməliyyatından əvvəl Ermənistan tərəfindən törədilən ardıcıl təxribatları və erməni yalanlarını sistemli şəkildə, bütün mümkün vasitələrdən istifadə etməklə beynəlxalq arenada ifşa etməyi bacardı. 2020-ci ilin iyul təxribatından əvvəl və sonra Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasətini ifşa etdi, düşmən ölkənin Azərbaycana qarşı yeni işğal planları qurduğunu faktlarla sübuta yetirdi. Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda videoformatda çıxış edən Prezident İlham Əliyevin baş nazir Nikol Paşinyanın məkrli planları barədə tədbir iştirakçılarına ətraflı məlumat verməsi informasiya cəbhəsinin növbəti uğuru idi.

Yeri gəlmişkən, həmin iclasda, ümumilikdə, 182 ölkənin dövlət və hökumət başçısının videoformatda çıxış edəcəyi qərara alınmışdı. Prezident İlham Əliyevin çıxışı sayca altıncı idi. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi, şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm Qoşulmama Hərəkatının sədri, həm də lider siyasi xadim kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürü idi.

Ulu öndər Heydər Əliyev məktəbinin ən layiqli nümayəndəsi Prezident İlham Əliyev özü üçün bir amal seçib: istənilən çətin vəziyyətdə yalnız xalqının mənafeyindən çıxış etmək. Vətən müharibəsi davam etdiyi bu çətin günlərdə Azərbaycan Prezidenti ölkənin siyasi arenasında alternativinin olmadığını sübut etdi. Məhz bu gün üçün bu sadə və olduqca nadir bir səbəbə görə – Azərbaycan liderinin sözləri və hərəkətləri hər zaman bir-birini tamamlayır. Vətən üçün bu çətin günlərdə xüsusilə aydın olan daha bir vacib detal var: Prezidentimiz informasiya blokadasını yararaq Azərbaycanın ədalətli mövqeyini geniş kütlələrə çatdıra bildi.

Hazırda informasiya müharibəsi ənənəvi müharibənin ən vacib bir hissəsidir. Aşağı intensiv silahlı qarşıdurmanın isti mərhələsində hər iki tərəfin apardığı informasiya qarşıdurmasının bütün tərəflərinin özünü büruzə verdiyinin şahidi oluruq.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm Rusiya, həm də dünya informasiya məkanlarında Ermənistanın qurduğu informasiya blokadasını yarmaq Azərbaycan Prezidenti üçün böyük əhəmiyyət kəsb edir. Erməni diasporunun Rusiya və dünyanın kütləvi informasiya vasitələrində, həm akademik, həm də media ekspertləri cəmiyyətində nə qədər güclü olduğunu hər kəs yaxşı bilir. Hər kəs, məsələn, milyonlarla insanın məlumat aldığı Rusiya telekanallarında gedən siyasi tok-şoularda erməni diasporunun nəhəng ordusunu yaxşı görür. Bütün bunlara baxmayaraq, Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi informasiya siyasəti ermənilərin və onların havadarlarının bütün səylərini iflasa uğratdı.

Son illər dövlət başçımızın mötəbər tribunalardakı çıxışları, müxtəlif aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr ermənilərin ölkəmizi informasiya blokadasına almaq cəhdlərini darmadağın etdi. Möhtərəm Prezidentimiz həm Silahlı Qüvvələrin Ali Baş Komandanı, həm də dövlət başçısı kimi, eyni vaxtda, həm döyüş, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəmizin maraqlarını inamla və qətiyyətlə müdafiə edir. Azərbaycan Prezidenti son vaxtlar “CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” kimi dünyanın əsas televiziya kanallarına, o cümlədən Türkiyənin “TRT Haber”, Rusiyanın aparıcı “Rossiya-1”, “Pervıy Kanal”, RBK televiziya kanallarına müsahibələrində ermənilərin işğalçı siyasəti, mülki əhalini hədəfə alması, münaqişənin dinc vasitələrlə nizamlanmasından boyun qaçırması və qadağan olunmuş silahlardan atəş açması barədə ətraflı məlumat verib. Eləcə də Yaponiyanın “Nikkei” qəzetinə, Amerikanın “Fox News” telekanalına, Fransanın “Figaro” qəzetinə, İtaliyanın “Rai-1” televiziya kanalına verdiyi müsahibələrində Dağlıq Qarabağ münaqişəsinin əsl həqiqətlərini çatdıraraq Azərbaycana qarşı feyk xəbərləri ifşa edib.

Ölkə başçısı artıq Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına ağır zərbələr vurub. Bu müsahibələrdən sonra artıq erməni yalanlarına inanan yoxdur. Bunun nəticəsində də dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı feyk məlumat əldə edə bilmir. Azərbaycan Prezidentinin  məşhur KİV-lərə verdiyi çoxsaylı müsahibələr elə məhz bu informasiya və ekspert blokadasını qırmaq məqsədini daşıyırdı.

Dövlətimizin başçısı bu müsahibələrdə dünya, xüsusən də Rusiya ictimaiyyətinə onların az məlumatlı olduqları vacib məqamları çatdırdı. Bu məqamlardan biri Dağlıq Qarabağın sovet hakimiyyətindən əvvəl də Azərbaycanın bir hissəsi olmasıdır. Ölkə Prezidenti sovet hakimiyyətinin 1920-ci illərin əvvəlindəki qərarına əsasən, Dağlıq Qarabağın Azərbaycana verilmədiyini, sadəcə, Azərbaycanın bir hissəsi olaraq saxlanıldığını vurğuladı. Bundan əlavə, BMT kimi əsas beynəlxalq qurumların, ilk növbədə, Azərbaycanın Dağlıq Qarabağ üzərindəki suverenliyini birmənalı olaraq tanıdığını vurğulamaq vacib idi. Bununla əlaqədar, bütün müsahibələrində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi olduğunu xatırladır.

Dövlətimizin başçısı ordumuzda guya muzdluların olması barədə ermənilərin uydurduqları dezinformasiyanı İtaliyanın “Rai-1” televiziya kanalına verdiyi müsahibəsində də rədd edərək, bütün bunların böhtan və dezinformasiya olduğunu bildirdi. Bu cür əsassız ittihamların həmsədr ölkələrdən daxil olduğuna təəssüfləndiyni bildirdi. Dövlət başçısı ölkəmizi ittiham edənlərə yalan informasiyaya əsaslanan belə tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxmalarını tövsiyə etdi. Bildirdi ki, bizim məqsədimiz xalqımızı, ölkəmizi və öz torpağımızda yaşamaq hüququmuzu müdafiə etməkdən ibarətdir.

Möhtərəm Prezidentimizin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi həftə ərzində oxucu sayına görə dünya rekordu qazandırdı. Dövlət başçımız bu müsahibəsində əsl həqiqətləri bəyan etdi. Dedi ki, sentyabrın 27-də Azərbaycanın hərbi mövqelərinə, şəhər və kəndlərimizə artilleriya atəşi açan Ermənistan olmuşdur. Toqquşmalar gedən günlərdə Ermənistan ordusu tərəfindən 31 nəfər mülki şəxs qətlə yetirilmiş, demək olar ki, 200 nəfər yaralanmışdır, mindən çox ev dağıdılmış və ya onlara ciddi ziyan dəymişdir. Biz cavab verməli idik, özümüzü müdafiə etməli idik. Bizim cavabımız Ermənistan üçün çox həssas və ağrılı oldu. Onlar çox ciddi məğlubiyyət acısını yaşadılar, onlar bizdən qaçdılar, biz ərazimizin bir hissəsini azad etdik, biz işğaldan azad olunmuş ərazilərə milli bayrağımızı sancdıq. Biz ərazi bütövlüyümüzü bərpa edirik və biz haqlıyıq. Biz öz torpağımızda savaşırıq, Ermənistan digər ölkənin torpağında vuruşur.

Artıq Ermənistan həm döyüş, həm də informasiya cəbhələrində acınacaqlı məğlubiyyətə uğrayıb. İnformasiya cəbhəsindəki uğurlarda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti də xüsusi qeyd edilməlidir. O, özünün rəsmi “Instagram” səhifəsində erməni vandalizmi, onların törətdikləri terror aktları barədə mütəmadi paylaşımlar edərək dünya ictimaiyyətini məlumatlandırır, ermənilərin yalan informasiyalarını ifşa edir. Birinci vitse-prezidentin Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket atəşinə tutulması zamanı həlak olan və yaralananlarla bağlı özünün “Instagram” səhifəsindəki paylaşımı da diqqətlə izlənilir. Qeyd edilir ki, bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq, humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb. Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə konvensiyalarının və bütövlükdə, beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.

Dövlətimizin başçısı müstəqillik tariximizə yeni səhifələr yazmaqla diplomatiya, döyüş və informasiya cəbhəsinin müdrik sərkərdəsi olduğunu bir daha təsdiqlədi. Birinci vitse- prezidentimizin qeyd etdiyi kimi, Prezident İlham Əliyev dinamik və müasir bir lider olmaqla, Azərbaycan üçün müəllifi olduğu yeni bir səhifə açdı – əlbəttə ki, xalqının dəstəyi ilə. Bu səhifə qələbəmizə həsr olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb