SİYASƏT


Prezident İlham Əliyev: Azərbaycan və Qazaxıstan arasında müttəfiqlik ortaq köklərə və ümumi maraqlara əsaslanır

Prezident İlham Əliyev: Azərbaycan və Qazaxıstan arasında müttəfiqlik ortaq köklərə və ümumi maraqlara əsaslanır

Bakı, 13 oktyabr, AZƏRTAC

Gələcək infrastruktur planlarımızın əlaqələndirilməsi zamanı biz Transxəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdıra bilərik. Bu, bizim ölkələrin və xalqların marağında, qonşuluğumuzdakı ölkələrin maraqlarında olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə bildirib.

Transxəzər marşrutunun çox ciddi davamı olacağını vurğulayan dövlətimizin başçısı deyib: “Digər bütün məsələlər üzrə isə, Siz qeyd etdiyiniz kimi, bizim ölkələr müttəfiqdir, strateji tərəfdaşdır. Bu müttəfiqlik ortaq köklərə və ümumi maraqlara əsaslanır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.