RƏSMİ XRONİKA


Prezident İlham Əliyev BMT baş katibinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə xüsusi müşavirini qəbul edib  YENİLƏNİB VİDEO

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də ABŞ-ın Kolumbiya Universitetinin Yer İnstitutunun direktoru, BMT baş katibinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə xüsusi müşaviri Cefri Saksı qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Cefri Saksa VII Qlobal Bakı Forumunda iştirakına görə təşəkkürünü bildirdi.

Cefri Saks VII Qlobal Bakı Forumunun təşkilinə görə minnətdarlığını ifadə etdi və Forumda məmnunluqla iştirak etdiyini vurğuladı. O, Forumun əhəmiyyətinə toxunaraq orada regional və digər məsələlərlə bağlı səmərəli müzakirələr aparılmasının önəmini qeyd etdi.

Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunda təmsil olunan ölkələrin və iştirakçıların sayının artdığını və bu Forumun mühüm beynəlxalq tədbirə çevrildiyini vurğuladı.

Görüşdə ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı qlobal layihələr, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizi, enerji siyasəti barədə danışıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin