RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib VİDEO

Bakı, 24 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından və öz adından dövlətimizin başçısını ad günü münasibətilə təbrik etdi, ona Azərbaycan xalqının rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzuladı.

Təbrikə və göstərilən diqqətə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefonla danışdığını məmnunluqla qeyd etdi.

Söhbət zamanı Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kubokunun final mərhələsinin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu bildirildi, milli idman oyunlarının inkişaf etdirilməsi istiqamətində ölkələrimizin əməkdaşlığının önəmi vurğulandı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin