SİYASƏT


Prezident İlham Əliyev: Rusiya və Türkiyə azərbaycanlıların və ermənilərin təhlükəsizliyinin təmin olunmasında iştirak edəcək

Bakı, 18 noyabr, AZƏRTAC 

Prezident İlham Əliyev Qarabağda azərbaycanlıların və ermənilərin təhlükəsizliyinin təmin olunmasında Rusiya və Türkiyənin iştirak edəcəklərini bildirib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən deyib.

Dövlətimizin başçısı qeyd edib ki, region ölkələri Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin bəyanatını dəstəkləyiblər. “Bütün qonşularımız bu bəyanata dəstəyini ifadə ediblər. Qonşularımızdan ikisi - Rusiya və Türkiyə azərbaycanlıların və ermənilərin təhlükəsizliyini təmin edəcək əməliyyatlarda iştirak edəcək”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.