CƏMİYYƏT


Prezident İlham Əliyev cənubi azərbaycanlılar barədə bir neçə dəfə açıq mesajlar verib

Prezident İlham Əliyev cənubi azərbaycanlılar barədə bir neçə dəfə açıq mesajlar verib

Bakı, 5 dekabr, AZƏRTAC

İki il əvvəl İranda bir qanun qəbul olundu. Bu, dil haqqında qanun idi. Uşaqlar birinci sinfə getmək üçün fars dilini ana dili kimi bilməli idi. İran məktəblərində dilimiz qadağan olunmaqla bərabər, bu qanunla da dilimizin kökünü kəsmək istəyirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri dekabrın 5-də Mətbuat Şurasında keçirilən görüşdə Cənubi (Güney) Azərbaycanın milli fəalı, “GünazTV”nin rəhbəri Əhməd Obalı söyləyib.

O bildirib ki, regionda Azərbaycana qarşı ən çox düşmənçiliyi İran edir. Onlar Ermənistandan da çox bizə düşmənçilik edirlər. İran heç zaman bizə dost gözü ilə baxmayıb.

Əhməd Obalı deyib: “İsrail-Azərbaycan-Türkiyə-Ərəbistan birliyi faydalıdır. İran bəzi ölkələrlə əlaqələrini pozur. Bu da bizim xeyrimizədir. Həmçinin Pakistanın da ölkəmizə qarşı münasibəti bizim üçün önəmlidir”.

“Prezident İlham Əliyev bir neçə dəfə cənubi azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı açıq mesajlar verib. Bu, biz cənubi azərbaycanlılar üçün çox önəmlidir. Biz hər hansı kənar qüvvələrin işimizə qarışmasını istəmirik”, - deyə “GünazTV”nin rəhbəri vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.