SİYASƏT


Prezident İlham Əliyev ölkəmizin Albaniyada səfirliyinin fəaliyyətinin təmin edilməsi barədə Sərəncam imzalayıb

Prezident İlham Əliyev ölkəmizin Albaniyada səfirliyinin fəaliyyətinin təmin edilməsi barədə Sərəncam imzalayıb

Bakı, 26 noyabr, AZƏRTAC

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Albaniya Respublikasında (Tirana şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycanın Albaniyada (Tirana şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.