Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident İlham Əliyev tariximizin ən möhtəşəm qələbəsinin müəllifidir

Prezident İlham Əliyev tariximizin ən möhtəşəm qələbəsinin müəllifidir

Bakı, 28 sentyabr, AZƏRTAC

Hər bir xalqın tarixində daim fəxarət və milli qürur hissi ilə xatırlanan, milyonlarla insanın taleyini dəyişərək yeni parlaq səhifələrə yol açan şərəfli təqvim günləri olur. Sentyabrın 27-si bu mənada xalqımızın 30 illik yurd nisgilinə, torpaq həsrətinə son qoyan, onun milli özgüvənini qaytaran əlahiddə tarixi gündür. Bir il əvvəl qətiyyətli Liderin siyasi iradəsi, “İrəli!” əmri ilə ayağa qalxan Azərbaycan xalqı son əsrlərdəki tarixinin ən parlaq salnaməsini yazmışdı: rəşadətli Ordumuz cəmi 44 gün ərzində “işğal damğası”nı döyüş meydanında üzərindən atmağı bacardı, milli natamamlıq kompleksindən xilas oldu.

Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın təcəssümü olaraq Vətən müharibəsinin başlandığı gün - sentyabrın 27-si respublikamızda Anım Günü elan olunub. Bu tarixin əbədiləşdirilməsi zərurəti ona əsaslanır ki, torpaqlarımızı qanı, canı bahasına işğaldan azad edərək tarixi ədalətin bərpasını təmin edən, xalqımızın başını ucaldan qəhrəman hərbçilərimizin qanı yerdə qalmayıb, şəhidlərimizin qisası məhz döyüş meydanında alınıb. Sentyabrın 27-də Azərbaycan xalqı bu qələbəni xalqımıza qazandıran şəhidlərimizin xatirəsini yad etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciəti, dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən anım yürüşü, ölkə üzrə bir dəqiqəlik sükut elan edilməsi, Bakı şəhərinin ən gözəl yerlərindən birində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulması xalqımızın şəhidlərimizə olan əbədi ehtiramını göstərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

Deputat bildirib ki, Azərbaycan 30 illik barışmaz mübarizə mərhələsinin məntiqi yekunu olaraq, beynəlxalq hüquq normalarını, BMT qətnamələrinin icrasını məhz döyüş meydanında “dəmir yumruq” sayəsində bərpa etdi. Ümumilikdə 44 gün ərzində döyüş meydanında qazanılmış parlaq hərbi qələbə, əslində, uzun illər boyu aparılmış danışıqlar prosesində ölkəmizin haqlı və prinsipial mövqeyini qətiyyətlə qorumuş Prezident İlham Əliyevin müdrik fəaliyyətinin, Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsinin, xalq-iqtidar birliyinin nəticəsi oldu. Xalqımız bir daha əmin oldu ki, dövlətimizin başçısı nəyi nə zaman və necə edəcəyini yaxşı bilir, bütün addımları ən xırda detallarına qədər hesablayır.

Müzəffər Ordumuz Vətən müharibəsində düşmənə ən sarsıdıcı, həlledici zərbəni Qafqazın incisi, ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini işğaldan azad etməklə vurmuşdur. Beləliklə, ata vəsiyyəti, oğul qətiyyəti ilə Şuşa şəhəri işğaldan azad olunmuş, bu müjdəni Prezident İlham Əliyevin dilindən eşidən xalqımız tarixinin ən qürurlu, şərəfli günlərindən birini yaşadı, küçələrə, meydanlara axışaraq bu şanlı zəfərin sevincini bölüşdü. Zəfəri rəmzləşdirən 8 Noyabr günü xalqımızın bütövlük, dəyanət, rəşadət və ləyaqət tarixinə çevrildi, Şuşanın işğaldan azad edilməsi “dəmir yumruq” əməliyyatının pik nöqtəsi oldu.

“Bu hadisədən sonra tamamilə sarsılan, məğlubiyyətini dərk edən Ermənistan hərbi-siyasi rəhbərliyi rəzil durumda 2021-ci il 10 noyabr tarixli kapitulyasiya sənədinə imza atdı və məğlubiyyətini etiraf etdi. Beləliklə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın birmənalı Qələbəsi ilə başa çatdı, rəşadətli Ordumuz yüksək peşəkarlıqla həyata keçirdiyi “dəmir yumruq” əməliyyatı ilə hərb tariximizdə yeni şərəfli səhifələr açdı.

“Vətən müharibəsi günlərində və sonrakı mərhələdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan Ordusunun şəxsi heyətinə, xüsusilə də yaralanmış döyüşçülərə, Vətən uğrunda şəhid olmuş hərbçilərin ailələrinə xüsusi ehtiram və həssaslıqla yanaşıb, müalicə alan yaralıları hərbi hospitalda ziyarət edərək əlillərin dövlət hesabına müasir protezlərlə təmin olunacaqlarını bildiriblər. Birinci vitse-prezident Mehriban xanım Əliyeva postkonflikt mərhələsində Prezident İlham Əliyevin yürütdüyü informasiya savaşına dəstək vermiş, onun şəxsi instaqram səhifəsində işğaldan azad edilmiş ərazilərdən paylaşdığı foto və videogörüntülər Ermənistanın ağır müharibə cinayətlərini bütün dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 1-də Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində ölkəmizin münaqişənin həllinə nail olmaqla bölgədə yeni geosiyasi reallıq yaratdığını, bu reallıqla hər kəsin barışmasının vacibliyini bir daha bəyan etmişdir. Dövlətimizin başçısının Vətən müharibəsindən sonra ölkəmizin ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyini, prinsipial şərtlərini diktə etməsi, xalqın iradəsini əsas tutaraq bütün təhdidlərə əzmlə sinə gərməsi Azərbaycanın dünyadakı nüfuzunu gücləndirməklə yanaşı, Cənubi Qafqaz regionunda lokomotiv ölkə statusunu bir daha təsdiqlədi. Nazirlər Kabinetinin 2020-ci ilin yekunlarına həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra ölkəmizin öz tarixinin heç bir mərhələsində olmadığı qədər qüdrətli və şanlı mərhələni yaşadığını, iqtisadi, siyasi, hərbi gücünə, xalq-iqtidar vəhdətinə görə regionun həlledici dövlətinə çevrildiyini bəyan etməsi Ermənistana və onun havadarlarına sərt mesaj oldu. Prezident İlham Əliyev bildirib ki, Vətən müharibəsinin nəticəsi olaraq ermənilərin regionda ikinci erməni dövləti yaratmaq cəhdlərinin qarşısı birdəfəlik alınıb.

Prezident İlham Əliyevin 2021-ci il iyulun 7-də imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı ilə tarixi haqsızlığa son qoyuldu, “Dağlıq Qarabağ” termini tarixin arxivinə qovuşdu. Tərkibinə Xankəndi şəhərinin, habelə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil olduğu Qarabağ iqtisadi rayonunun yaradılması, eləcə də Cəbrayıl, Kəlbəcər, Laçın və Zəngilan rayonlarını birləşdirən Şərqi Zəngəzur iqtisadi rayonunun formalaşdırılması Azərbaycanın birliyinin və bölünməzliyinin bir daha təsdiqi oldu.

Vətən müharibəsindəki Zəfərdən sonra Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin Cənubi Qafqaz regionunda ən abad, müasir zonaya çevriləcəyini bəyan etdi. Qısa zamanda regionda mühüm infrastruktur layihələrinin icrasına başlanılması, Suqovuşana və Talış kəndinə, eləcə də Füzulidən Şuşa şəhərinə yeni yolların çəkilməsi, Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə tikilərək istifadəyə verilməsi, Zəngilan və Kəlbəcər hava limanlarının təməlinin qoyulması, dəmir yollarının bərpasına başlanılması, “ağıllı kənd”, “ağıllı şəhər”, “yaşıl enerji” kimi innovativ layihələrin icrası, Şuşa şəhərində aparılan yenidənqurma işləri, Ağdam şəhərinin baş planının təsdiq edilməsi və digər tədbirlər dövlət başçısının ərazilərimizin bərpası və yenidənqurulmasına həssas münasibətinin bariz göstəricisidir.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı bəyan etdiyi kimi, bu gün Ermənistanın üzləşdiyi sosial-iqtisadi böhrandan çıxmasının yeganə yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaq, qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarından əl çəkmək, faşist və işğalçı ideologiyadan imtina etməkdir. Yalnız bu cür konstruktiv yanaşma əsasında sərhədyanı ərazilərdəki hərbi münaqişələrə birdəfəlik son qoyulması, qarşıdurma riskinin aradan qaldırılması, münaqişə səhifəsinin birdəfəlik bağlanması mümkündür.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib