İQTİSADİYYAT


Prezident İlham Əliyev: vergi və gömrük sistemlərində aparılan islahatlar öz bəhrəsini verir

Bakı, 10 iyul, AZƏRTAC 

Son vaxtlar vergi və gömrük sistemlərində aparılan islahatlar öz bəhrəsini verir. Bu sahələr bir-birinə bağlı olan sahələrdir və əlbəttə ki, islahatlar hər iki sahədə paralel olaraq aparılmalıdır və aparılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, ölkəmizdə vergi və gömrük sistemlərində tam şəffaflıq təmin edilir, sahibkarlara isə bərabər şərait yaradılıb.

Prezident, həmçinin vurğulayıb ki, sahibkarlar da öz növbəsində qanunlara riayət etməli, vergidənyayınma hallarına son qoyulmalı, qaçaqmalçılıqla məşğul olmamalı və ölkə iqtisadiyyatına ziyan vurmamalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.