Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident İlham Əliyevin Ankaraya səfəri Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərində yeni pillə oldu

Prezident İlham Əliyevin Ankaraya səfəri Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərində yeni pillə oldu

Bakı, 11 mart, AZƏRTAC

Martın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasına işgüzar səfər edib.

Azərbaycan dövlətinin başçısının siyasi bioqrafiyasında qardaş ölkəyə belə səfərlərin əvvəllər də az olmadığını nəzərə alsaq, ilk baxışda bu xəbərdə heç bir sensasiya yoxdur. Bununla belə, budəfəki işgüzar səfər istər iki ölkədə, istərsə də xaricdə ekspert cəmiyyətlərində və kütləvi informasiya vasitələrində xüsusi maraqla izlənirdi. Bəs budəfəki Azərbaycan-Türkiyə zirvə görüşü əvvəlkilərdən nə ilə fərqlənirdi? AZƏRTAC bu suala cavab tapmağa çalışıb.

İki prezidentin görüşünün Ukraynada davam edən hərbi əməliyyatların dünya iqtisadiyyatına, ilk növbədə, enerji sektoruna güclü təsiri ilə bağlı mürəkkəb beynəlxalq fonda baş tutması iki liderin müzakirə edəcəyi məsələlərin əhəmiyyətini qabaqcadan müəyyən etmişdi. Təsadüfi deyil ki, İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan arasında Ankara danışıqlarının gündəliyində energetika mövzusu, əlbəttə, regional təhlükəsizlik və müharibədən sonrakı dövrdə Cənubi Qafqazda arxitektura məsələləri ilə yanaşı, əsas mövzulardan biri oldu.

Məlum olduğu kimi, 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad edilmiş Şuşada çox mühüm Bəyannamə imzaladılar. Bu sənəd onun iki liderin imzası ilə təsdiqləndiyi şəhərin adı ilə tarixə düşdü. Şuşa Bəyannaməsinin əhəmiyyəti barədə çox danışılıb. Bu sənədin ən mühüm cəhəti ondan ibarət idi ki, iki qardaş dövlət arasında müttəfiqlik münasibətləri xalqlarımızın tarixində ilk dəfə siyasi cəhətdən rəsmiləşdirildi. Bəyannamə Türkiyə və Azərbaycan parlamentlərində ratifikasiya ediləndən sonra qüvvəyə mindi və beləliklə, bütün dünyaya birmənalı mesaj göndərildi: indən belə bu iki dövlətdən hər hansı biri digərinin təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edəcək və bu ölkələrdən birinin möhkəmliyini yoxlamaq fikrinə düşən qüvvələr iki dövlətin əlaqələndirilmiş birgə cavabı ilə üzləşəcəklər.

Xarici KİV-lərin monitorinqi göstərir ki, Şuşa Bəyannaməsinin özəyini təşkil edən siqnal dünyada ümumiyyətlə düzgün başa düşülüb. Analitiklər, ilk növbədə, kollektiv təhlükəsizliyi imzalanmış sənədin özək xətti kimi fərqləndiriblər. Şuşa Bəyannaməsinin iki ölkənin parlamentlərində ratifikasiya edilməsi bizim birgə addımlarımız üçün hüquqi əsas yaradıb. Türkiyə və Azərbaycan cəmiyyətlərində bu Bəyannamə tamamilə dəstəklənir, onun əhəmiyyəti birmənalı şəkildə başa düşülür. Hətta müxalifət cinahında da bu sənədi tənqid edən tapılmayıb. Həm Türkiyədə, həm də Azərbaycanda tam həmrəylik və ümumxalq dəstəyi müşahidə olunur. İndi iki qardaş dövlət həm də müttəfiqdir və bu, süni və situativ deyil, tarixin yetirşdirdiyi təbii müttəfiqlikdir.

Bəyannamənin imzalanması vaxtı da təsadüfi seçilməyib – Qarabağda 44 günlük azadlıq müharibəsi başa çatandan sonra. Ona görə ki, məhz Türkiyə ilə müttəfiqlik istər təkcə Ermənistan tərəfindən, istərsə də onun himayədarları ilə birlikdə irəli sürdüyü hər hansı revanşist niyyətlərə qarşı qarantiya və sığorta olacaq. Düşmənlərimiz indi belə niyyətləri özlərinə yaxın buraxmamalıdır. Bundan sonra heç kəs Şuşanın, Hadrutun, Kəlbəcərin və işğaldan azad edilmiş digər ərazilərin yenidən zəbt olunmasını ağlına belə gətirə bilməz. Heç nə alınmayacaq! Dəmir yumruq yerindədir!

Azərbaycan dövlətinin başçısının budəfəki səfəri müttəfiqliyi dərinləşdirmək və onu yeni elementlərlə tamamlamaq üçün uğurlu cəhd oldu. Məsələn, zirvə görüşündə Ermənistan-Azərbaycan, habelə Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması məsələləri müzakirə edilib. Bu da rəmzi məna daşıyır: Türkiyə dövləti Ermənistanla hər hansı əlaqəni Bakı ilə razılaşdırılmış şəkildə həyata keçirəcək, bütün elementləri müzakirə edəcək, bu əlaqələri iki qardaş xalqın birinə dəyə biləcək ziyan baxımından ölçüb-biçəcək, beləliklə, onlara ziyan vurulması imkanı istisna olunacaq. Bu koordinasiya həm qarşılıqlı etimadı, həm də bizim qardaşlığımızın əbədiliyinə inamı möhkəmlədir.

Azərbaycan və Türkiyə həmişə regionda sülhün və sabitliyin bərqərar olmasının, sülh proseslərində beynəlxalq hüquq prinsiplərinin prioritetinin tərəfdarı olublar. İndi bu məsələlər yalnız birgə əsasda müzakirə edilir. Bakının və Ankaranın xarici siyasət kurslarının müəyyən mənada tədricən eyniləşdiyini görmək olar.

Yuxarıda qeyd edildiyi kimi, Ukraynada müharibə dünya bazarlarına, ilk növbədə, enerji sektoruna güclü təsir göstərib. Qərb karbohidrogenlərin yeni mənbələrinə gözünü zilləyib. Ona görə də hələ budəfəki səfərdən əvvəl güman etmək olardı ki, iki lider Cənub Qaz dəhlizi vasitəsilə Türkiyəyə və Aİ ölkələrinə əlavə qaz tədarükü məsələlərini müzakirə edəcəklər. İndiki şəraitdə Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu Qərb üçün xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən Qərb Bakıya dəfələrlə müraciət edib, özünün “Qazprom”un inhisarından asılılığını azaltmaq məqsədilə Xəzərdən çıxarılan qazın tədarük edilən həcminin artırılmasını istəyib.

Avropa bazarı ilə yanaşı, coğrafi baxımdan ayrı düşmüş ucqar regionların enerji resursları ilə təminatı da böyük əhəmiyyət kəsb edir. Prezidentlər bu görüşdə İğdır-Naxçıvan qaz kəmərinin tikintisi məsələsini müzakirə ediblər. Həmin kəmər istifadəyə veriləndən sonra muxtar respublikanın enerji təhlükəsizliyi məsələsi birdəfəlik həllini tapacaq.

Danışıqlarda, əlbəttə, müharibədən sonrakı dövrdə Cənubi Qafqaz regionunda təhlükəsizlik və əməkdaşlıq arxitekturası məsələləri də xüsusi yer tutub. Bununla əlaqədar hər iki lider 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın bütün bəndlərinin, o cümlədən Zəngəzur nəqliyyat dəhlizinin açılması barədə bəndin Ermənistan tərəfindən yerinə yetirilməsinin vacibliyini və labüdlüyünü vurğulayıb. Budəfəki görüşdə planlaşdırılan və müzakirə edilən, Qars ilə Naxçıvanı birləşdirən yeni dəmiryol xətti həmin dəhlizin bir hissəsi ola bilər. İğdır-Naxçıvan qaz kəməri kimi, həmin dəmir yolu da uzun illər blokadada qalmış muxtar respublika üçün ətraf aləmə daha bir pəncərə olacaq.

Azərbaycan Prezidentinin Ankaraya budəfəki səfəri və Türkiyə Prezidentini Bakıya səfərə dəvət etməsi xalqlarımızı bir-birinə daha möhkəm bağladı. İki müttəfiq dövlətimiz bizə həsəd aparanlar tərəfindən hazırlanan sınaqları yalnız birgə və koordinasiya edilmiş səylərlə dəf edə bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO