SİYASƏT


Prezident İlham Əliyevin Soçiyə səfəri Estoniya mətbuatının da diqqət mərkəzində olub

Tallin, 29 noyabr, AZƏRTAC

Estoniyanın “ERR” və “Postimees” xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə səfərini və orada keçirilən görüşlərlə bağlı geniş informasiyalar yayıblar.

AZƏRTAC xəbər verir ki, yazılarda Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirildiyi, sonra isə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli danışıqlar apardıqları qeyd olunur.

Prezident İlham Əliyevin Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə yaxşı qonşuluq münasibətləri qurmaq təkliflərinə diqqət çəkilir.

Üç ölkənin liderlərinin Soçidəki görüşündə sərhədlərin demarkasiyası məsələsində razılıq əldə olunduğu diqqətə çatdırılır.

Yazılarda, həmçinin münaqişənin tarixi barədə ətraflı məlumat verilir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.