SİYASƏT


Prezident: Mən çox xoşbəxtəm ki, bu qələbə sevincini biz hamımız bizim insanlara bəxş edə bildik

Bakı, 15 oktyabr, AZƏRTAC

Bu gün minlərlə insan sevincdən göz yaşları tökür, deyirlər ki, mən artıq köçkün deyiləm. Mən bu köçkünlük vəziyyətindən canımı qurtarmışam. Bilirsiniz, mənə minlərlə məktub gəlir. Bu məktubları oxuyanda, sözün düzü, mən də bəzi hallarda sevinc göz yaşlarımı saxlaya bilmirəm. O məktublarda o qədər səmimi, o qədər isti, o qədər qürurverici sözlər yazılır və mənə mesaj kimi çatdırılır. O məktubları oxuyanda bir daha görürəm ki, Azərbaycan xalqı nə qədər böyük xalqdır. Uzun illər belə vəziyyətdə yaşamaq, ancaq ümidlərlə yaşamaq, ümidlərlə ki, gün gələcək və onlar öz dədə-baba ocağına qayıdacaqlar. Bu, doğrudan da böyük fədakarlıqdır. Mən çox xoşbəxtəm ki, bu qələbə sevincini biz hamımız bizim insanlara bəxş edə bildik.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin NTV kanalına müsahibəsində səsləndirib.

“İnşallah, bu hərbi toqquşma başa çatandan sonra siz də, biz hamımız da - bütün insanlar gedib görəcəklər ki, ermənilər orada hansı vəhşiliyi törədiblər. Bütün şəhərlər darmadağın edilib, yəni, Stalinqraddan da pis mənzərə. Evlər dağıdılmış, bizim bütün əmlak talan edilmiş, çərçivələr, qapılar sökülmüş, yəni talançılıq. Heç nə yoxdur. İndi Füzulinin kəndlərindən bizim əsgərlərimiz xəbər verir, materiallar göndərir. Füzuli şəhəri də artıq bizim gözümüzün qabağındadır. Orada bir dənə də salamat bina tapmaq mümkün deyil. Yəni, bu vəhşiliyi törətdilər. Amma köçkünlərimiz bilirlər ki, biz o şəhərləri, kəndləri bərpa edəcəyik. Evləri inşa edəcəyik. Onlar oraya qayıdacaq və sülh, əmin-amanlıq şəraitində öz dədə-baba torpaqlarında yaşayacaqlar ”, - deyə Azərbaycan Prezidenti bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.