DÜNYA


Prezident Rəcəb Tayyib Ərdoğan: Türkiyə S-400 zenit-raket komplekslərini iyul ayından almağa başlayacaq

Ankara, 25 iyun, AZƏRTAC

Türkiyə Rusiyadan sifariş etdiyi S-400 zenit-raket komplekslərini iyul ayından almağa başlayacaq. Bu məsələdə geri addım atılmayacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısındakı çıxışında ifadə edib.

İyunun 23-də İstanbulda keçirilmiş seçkilərin nəticələrinə münasibət bildirən dövlət başçısı bildirib ki, əsas məsələ kimin seçilməsi yox, ortadakı tərəddüdlərin aradan qaldırılması idi. Türkiyənin xarici və daxili siyasətinin hədəfləri barədə ətraflı məlumat verən dövlət başçısı Aralıq dənizində apardıqları kəşfiyyat-qazma işləri, o cümlədən Suriya böhranının nizamlanması, bölgədəki terror təşkilatları ilə mübarizə, sosial-iqtisadi layihələr və digər məsələlər barədə də fikir və mülahizələrini bölüşüb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.