İQTİSADİYYAT


Prezident bir qrup dəmir yolu nəqliyyatı işçisini təltif edib

Bakı, 10 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyev oktyabrın 10-da dəmir yolu nəqliyyatı işçilərinə "Tərəqqi" medalının, fəxri adların, fərdi təqaüdün verilməsi ilə bağlı sərəncamlar imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncamlara əsasən, dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə 2 nəfər 3-cü dərəcəli "Əmək" ordeni, 19 nəfər "Tərəqqi" medalı ilə təltif olunub. Dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə 2 nəfərə "Əməkdar mühəndis", 1 nəfərə "Əməkdar həkim" fəxri adları, 1 nəfərə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.