Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentə minnətdarlıq məktubları: Qətiyyətli addımlarınız xalqa məhəbbətinizin, qayğınızın bariz göstəricisidir

Prezidentə minnətdarlıq məktubları: Qətiyyətli addımlarınız xalqa məhəbbətinizin, qayğınızın bariz göstəricisidir

Bakı, 27 aprel, AZƏRTAC

Respublikanın bütün guşələrindən vətəndaşlar Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər. Onlar koronavirusla mübarizədə dövlətimizin başçısının atdığı qətiyyətli addımları, xalqa göstərdiyi diqqət və qayğını alqışladıqlarını bildirirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Qubadlı rayonundan məcburi köçkün Gözəl Abdullayeva yazır: “Möhtərəm cənab Prezident, dünyanı cənginə alan pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələr belə aciz qalıblar. Bəzi ölkələrdə vəziyyətə biganə yanaşıldığı halda, Sizin uzaqgörən siyasətiniz və göstərişləriniz nəticəsində Azərbaycanda pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb, dövlətimiz bütün imkanlarını virusun yayılmasının qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, apardığınız müdrik siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Cənab Prezident, xalqa göstərdiyiniz yüksək qayğıya görə bir vətəndaş kimi Sizə minnətdaram. İnanıram ki, xalqımız, eləcə də bütün bəşəriyyət bu bəladan tezliklə xilas olacaq. Bu çətin günlərdə Siz xalqımıza dayaqsınız, xalqımız isə daim Sizinlədir. Bir hərbçi ailəsinin üzvü, bir şəhid bacısı olaraq Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun. Sizinlə qürur duyuruq”.

Xızı rayonunun sakini Şükufə Talıbova: “Möhtərəm cənab Prezident, Xızı rayonunun Baxışlı kəndində 52 il kitabxanaçı kimi çalışmış ağbirçək ana kimi Sizi və Mehriban xanımı Ramazan ayının başlanması münasibətilə ailəmizin və kəndimizin sakinləri adından təbrik edirəm. Dünyanı cənginə alan, həmçinin ölkəmizə də təsir göstərən gözəgörünməz düşmənin məhv edilməsi üçün yorulmadan, müdrikcəsinə atdığınız addımlara, xalqımızın sağlamlığının qorunması, rifahının yüksəldilməsi üçün göstərdiyiniz şücaətə heyranıq. İnanırıq ki, Sizin rəhbərliyiniz, Mehriban xanımın yaxından köməyi ilə bu düşmənə də qalib gələcəyik. Cənab Prezident, həqiqətən, biz birlikdə güclüyük!”.

Ağcabədi rayonundan şagird Zərifə Cəfərzadə yazır: “Möhtərəm cənab Prezident, mən Sizə Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta məktəbin şagirdləri adından yazıram. Bu gün bütün dünyanı lərzəyə salan koronavirus pandemiyası biz şagirdlərin də normal yaşayışına öz təsirini göstərir. Hazırda dünyanın ən inkişaf etmiş dövlətləri bu virusun pəncəsində çabalayırlar. Amma çox sevindirici haldır ki, Vətənimiz Azərbaycan bu pandemiyadan ən az zərər görən dövlətlər sırasındadır.

Cənab Prezident, bu, məhz Sizin gördüyünüz qabaqlayıcı tədbirlərin nəticəsidir. Siz öz işinizlə bir daha sübut etdiniz ki, hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Biz hazırda dərslərimizi onlayn şəkildə davam etdiririk.

Cənab Prezident, biz şagirdlər qürur hissi ilə deyirik, nə yaxşı ki, Azərbaycan vətəndaşıyıq, nə xoş ki, Sizin kimi Prezidentimiz var. Ağcabədi rayonunun şagirdləri olaraq Vətənimizə layiqli övladlar olacağımıza söz veririk.

Qusar rayonunun ağsaqqalları Vahid Mehdixanov, Cavanşir Nurməmmədov, Vidadi Səvzixanov, Fəxrəddin Qaçabəyov, Davud Davudov, Şərbət Qəribov və Sənan Xəlilov yazırlar: “Möhtərəm Prezident, Azərbaycan Sizin rəhbərliyinizlə dünyanın ən qüdrətli dövlətləri sırasına yüksəlib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Siz ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirərək müdrik rəhbər kimi Azərbaycan xalqının bu çətin günlərdə də sağlam və xoşbəxt yaşaması üçün çalışırsınız. Dünyanın koronavirus pandemiyası ilə üzləşdiyi bir vaxtda xalqımızı bu bəladan qorumaq üçün bütün zəruri tədbirləri həyata keçirirsiniz. Virusun yayılmasının qarşısının alınması, ahıl insanların sağlamlığının qorunması məqsədilə yaşı 65-dən yuxarı vətəndaşların evdə qalması, sosial xidmət işçiləri vasitəsilə onlar üçün xidmətlərin təşkili, ehtiyacı olan şəxslərə yardımların göstərilməsi, işsiz vətəndaşlar üçün müavinətlərin təyin edilməsi, haqqı ödənilən ictimai iş yerlərinin yaradılması, yeni xəstəxanaların tikilməsi və səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, sahibkarlara dəstək verilməsi və digər tədbirlər "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" fikrinizin əyani təsdiqidir. Siz bu çətin günlərdə ölkəmiz üçün vacib sahələrin inkişafdan qalmamasına maksimum şəkildə nail oldunuz. Biz qusarlılar əminik ki, tezliklə bu ağır günlərdən də qalib çıxacağıq. Allah Sizə kömək olsun! Ulu Tanrı Sizi qorusun!”.

Şəki rayonunun Böyük Dəhnə kəndindən Xanlar Ağabəyov: “Hörmətli cənab Prezident, dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizə təsirini azaltmaq məqsədilə həyata keçirdiyiniz tədbirlər təqdirəlayiqdir. Hazırda bütün dünya ilə həmrəyliyimizi ifadə edən layihələrin bir çox inkişaf etmiş ölkələrdə də bəyənilməsi və təkrarlanması çox qürurvericidir. Həmçinin ölkədə əhalinin bütün təbəqələrini diqqətdə saxlamağınız Sizə olan inam və etibarı ikiqat artırır. Bütün bu diqqət və qayğınıza görə ailəmiz adından Sizə minnətdarlığımızı bildiririk. Sizə, Mehriban xanıma və övladlarınıza cansağlığı və uğurlar arzulayırıq”.

Bakı şəhərinin Yasamal rayonundan Günay Məmmədova: “Hörmətli cənab Prezident, Azərbaycanda koronavirus pandemiyası yayılan andan indiyədək ölkəmizi, xalqımızı mümkün olacaq itkilərdən və iqtisadiyyatımızı ziyanlardan maksimum şəkildə qoruya bildiniz. Tapşırıqlarınız əsasında hökumət tərəfindən görülmüş tədbirləri müsbət qiymətləndirərək, Sizə, ailə üzvlərinizə və bütün dövlət strukturlarına minnətdarlığımı və sonsuz təşəkkürlərimi bildirirəm. Karantin zamanında bizə edilmiş maddi yardımlara görə bütün sahibkarlar adından xüsusi minnətdarlığımı çatdırıram. Bu yardımlar hazırkı dövrdə neçə-neçə ailənin maddi sıxıntısını minimuma endirdi. Bütün bu işlər vətəndaşlara diqqətinizin və insanların sağlamlığını hər şeydən üstün tutmağınızın, xalqımızla həmrəy olmağınızın bariz nümunələridir. Allahdan bütün arzularınızın çin olmasını və xalqımıza etdiyiniz yaxşılıqların əvəzini almağınızı diləyirəm. Ulu Tanrı Sizi, yaxınlarınızı və bütün xalqımızı qorusun!”.

Bərdənin Kələntərli qəsəbəsində məskunlaşmış məcburi köçkün Vasif Ağayev: “Hörmətli cənab Prezident, bir kənd sakini və məcburi köçkün olaraq bu məktubumda Sizə qəlbdən gələn səmimi sözlərimi yazıram. Azərbaycan xalqının sağlamlığı üçün atdığınız bütün önəmli addımlar, eləcə də uzaqgörənliyiniz Sizin dahi dövlət rəhbəri olduğunuzu bir daha sübut etdi. Vurğulamaq istəyirəm ki, koronavirus pandemiyası kimi heç bir xəstəlik bizim xalqımızı sarsıda bilməz. Çünki başımızın üstündə dalğalanan üçrəngli bayrağımız, ölkəmizin rəhbərliyində isə Sizin kimi müdrik Prezidentimiz, Mehriban xanım kimi Birinci vitse-prezidentimiz var. Xalqımıza göstərdiyiniz maddi və mənəvi dəstək birliyimizə stimul verir. Minnətdarıq Sizə, cənab Prezident! Allah Sizi və ailənizi qorusun!. Ucalardan uca Prezidentimizə eşq olsun!”.

Yardımlı rayonunun Telavar kəndindən Əflatun Sadıqov: “Möhtərəm cənab Prezident, məni bu məktubu yazmağa vadar edən səbəb bu ağır sınaq dövründə keçirdiyim qürur və iftixar hissidir. Bu hissləri bizə və hər bir Azərbaycan vətəndaşına yaşadan Sizsiniz. Hər çıxışınız, hər sözünüz, əməli addımlarınız, təmkin və qürurunuz bu günlərdə bizə ruh verdi, yaşamaq istəyimizi və mübarizə əzmimizi artırdı. Nə yaxşı ki, Ulu Tanrı Sizi bizə bəxş etmişdir. Bizi bu çətin sınaqdan ancaq Heydər Əliyev məktəbi keçmiş bir insan çıxara bilərdi. Hər şeyə görə Sizə təşəkkür edirəm, cənab Prezident! Min yaşayın! Biz daim Sizinləyik. Ulu Tanrı Sizi, ailə üzvlərinizi və Sizi sevənləri qorusun! Məktubumu böyük türk şairi Mehmet Akif Ersoyun Sizi xatırladan sözləri ilə bitirmək istəyirəm:

"Sahibsiz olan bir məmləkətin batması haqdır,

Sən sahib olarsansa, bu Vətən batmayacaqdır!".

Oğuz rayonundan fermer Vasif Umarov: “Möhtərəm cənab Prezident, bu günlərdə ölüm kabusunun insanların aldığı hər nəfəsdə dolaşarkən xalqla birlikdə olduğunuza, COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə minnətdarıq. İnanırıq ki, ölkəmiz tezliklə bu bəladan xilas olacaq və həyatımız öz əvvəlki axarına düşəcək.

Çox hörmətli Prezidentimiz, biz fermerlər Sizin yürütdüyünüz siyasəti dəstəkləyirik. Çünki Siz dediyiniz kimi, "Biz birlikdə güclüyük!". Tanrı Sizi qorusun!”.

Samux rayonunun Sərkar kəndinin ziyalılarının Prezidentə yazdıqları məktubda deyilir: “Möhtərəm cənab Prezident, Planetimizin gözlə görünməyən bəla ilə üzləşdiyi bir vaxtda Sizin xalqımıza əvəzolunmaz dəstəyiniz, apardığınız misilsiz işlər dövlətimizin bu sınaqdan minimum itki ilə çıxacağına zəmin yaradır. Xalqımıza və bütün dünyada yaşayan azərbaycanlılara verdiyiniz dəyərə görə Sərkar kəndinin ziyalıları adından Sizə minnətdarlığımızı bildiririk. Doğrudan da bu çətin günlərdə biz birlikdə güclüyük. Ulu Tanrı Sizi qorusun!”.

Samux rayonunun İnstitut qəsəbəsinin ziyalıları yazırlar: “Hörmətli cənab Prezident, çox sevindirici haldır ki, bütün dünyanı cənginə alan koronavirus pandemiyasının sürətlə yayıldığı bir vaxtda Azərbaycanda məhz Sizin uzaqgörən siyasətiniz, qabaqlayıcı tədbirləriniz sayəsində bu virusun genişlənməsinin qarşısı alındı. Sizin məhz Azərbaycan xalqının sağlamlığını, təhlükəsizliyini hər şeydən üstün tutmağınız, bu istiqamətdə vaxtında qəbul etdiyiniz qərarlar sayəsində xalqımız bu bəladan qurtulmaqdadır. Özünütəcrid dövründə verdiyiniz hər bir qərar, imzaladığınız hər bir Sərəncam ilə sadə Azərbaycan vətəndaşlarının yanında olduğunuzu, əsl rəhbər, lider kimi cəmiyyətin hər bir üzvünü düşündüyünüzü, onun qayğısına qaldığınızı sübut etdiniz. Belə ki, aztəminatlı ailələrə birdəfəlik müavinətin verilməsi, əhalinin həssas qrupuna aid olan tələbələrin təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi, elektrik enerjisinə tələbatın artdığı bir dövrdə güzəştli limitin artırılması, kommunal ödənişlərə edilən güzəştlər, kənd təsərrüfatı ilə məşğul olanlara güzəştli subsidiyaların ayrılması, habelə koronavirus xəstələrinin müalicəsinin dövlət hesabına aparılması Prezidentimizə, dövlətimizə güvənimizi artırdı.

Cənab Prezident, biz – Samux ziyalıları da Sizin çağırışlarınıza səs verir, bütün qaydalara riayət etməklə, milli birlik, milli həmrəylik göstərməklə tezliklə bu bəladan tamamilə qurtulacağımıza əminik”.

Zərdab rayonunun sakini Şəfəq Səfəliyeva: “Cənab Prezident, ölkəmizdə əhalinin bütün təbəqələrinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir. Sizin qeyd etdiyiniz kimi, dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır. Bu gün yeni növ koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən operativ tədbirlər Sizin vətəndaşlara verdiyiniz dəyərin parlaq ifadəsidir. Bu çətin şəraitdə Azərbaycan xalqına həm maddi, həm də mənəvi dəstək olduğunuza görə Sizə minnətdarıq”.

Sumqayıt şəhərindən Zöhrab Süleyman yazır: “Hörmətli cənab Prezident, dünyanı cənginə almış koronavirus pandemiyasının ən inkişaf etmiş ölkələri belə viran qoyması fonunda Azərbaycandakı vəziyyət bizi sevindirir. Apardığınız məqsədyönlü siyasət və görülən qabaqlayıcı tədbirlər dünya ölkələri üçün nümunədir. Biz gənclər Sizin bütün addımlarınızı dəstəkləyir, daim yanınızda olduğumuzu bildiririk. Sizin sayənizdə ölkəmiz bu xəstəliyə tezliklə qalib gələcək və yeni inkişaf yoluna qədəm qoyacaq. Bakı Ali Neft Məktəbinin rəhbərliyi və professor-müəllim heyəti, həmçinin tələbələri adından Sizə təşəkkürümüzü bildiririk”.

Bakı şəhərindən şagird Ziyad Ağayev: “Cənab Prezident, mən bir Azərbaycan gənci olaraq Sizin yürütdüyünüz siyasəti bəyənir və dəstəkləyirəm. Təəssüf ki, 2020-ci ildə dünyamız, onun bir parçası olan doğma Vətənimiz böyük bəla ilə üzləşdi. Lakin əminəm ki, apardığınız müdrik siyasət sayəsində biz bu bəladan xilas olacağıq. Mən Sizi ailəmin bir üzvü kimi çox sevirəm. Allah Sizə və Birinci vitse-prezidentimiz Mehriban xanıma cansağlığı versin. Allah Sizi qorusun!. Tahir Hacıyev adına 252 nömrəli məktəbin bütün şagirdləri adından Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Biz birlikdə güclüyük!”.

Şəki şəhərindən Günay Qurbanova: “Hörmətli Prezidentimiz, bütün dünyanın koronavirus pandemiyası ilə üz-üzə qaldığı bir dövrdə Sizin rəhbərliyinizlə ölkəmizdə atılan bütün addımları bəyənirik. İnfeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində görülən bütün işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Cənab Prezident, Siz təhlükəni hiss etdiyiniz andan xalqın yanındasınız. Həyata keçirdiyiniz tədbirlər, əhaliyə göstərilən dəstək, yardımlar bir daha sübut edir ki, Siz həqiqətən də əsl vətənpərvər azərbaycanlısınız. Qısa zaman kəsiyində tikilən xəstəxanalar, spirt və maska istehsalı müəssisələri göstərir ki, Siz xalqımıza xidmət edirsiniz. Möhtərəm Prezidentimiz, bu məsuliyyətli və şərəfli işinizdə Sizə uğurlar arzu edirik. Allah Sizi və ailənizi qorusun!”.

Bakının Səbail rayonundan Əli Babayev: “Hörmətli cənab Prezident, dünyamızı bürüyən COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində görülən qabaqlayıcı tədbirlərə görə bir vətəndaş olaraq Sizə dərin təşəkkürümü bildirirəm. Azərbaycan dünyanın nəhəng ölkələrinin qarşısında aciz qaldığı virusun yayılmasını qabaqcadan gördüyü tədbirlərlə əngəllədi. Son günlər virusdan sağalan xəstələrin sayının yoluxanların sayını üstələməsi bunu deməyə əsas verir.

Cənab Prezident, Azərbaycan vətəndaşının sağlamlığı naminə gördüyünüz qətiyyətli tədbirlərə görə Sizə minnətdarlığımı bildirir, məsuliyyətli və şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram. Allah Sizi bizim başımızın üzərindən əksik etməsin!. Biz birlikdə güclüyük!”.

Bakı şəhərinin Nəsimi rayonunun sakini Püstəxanım Tağızadə: “Möhtərəm Prezidentimiz, pandemiya ilə mübarizədə Sizin rəhbərliyinizlə çox vacib qabaqlayıcı tədbirlər görüldü və görülməkdə davam edir. Biz hər zaman şahidi olmuşuq ki, çətin vəziyyətlərdə dövlət öz vətəndaşının yanındadır. Ümumiyyətlə, ölkəmizdə, sözün əsl mənasında, vətəndaş-dövlət etimadı mövcuddur. Biz Koronavirusla Mübarizəyə Dəstək Fondunun nümunəsində bunun bir daha şahidi olduq. Bundan əlavə, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkən sahibkarları unutmayaraq, dövlət onlara öz maliyyə dəstəyini göstərdi. Siz sahibkarlara çağırışlar etdiniz, dediniz ki, işçiləri ixtisar etməsinlər. Çünki indiki şəraitdə bunu etmək bizim həmrəylik təşəbbüsümüzə zidd ola bilər. Həmin çağırışları oxuyanda bir daha əmin oldum ki, Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır və hər birimiz üçün nə qədər narahatlıq keçirir. Əlbəttə, Sizin bu qətiyyətli addımlarınız xalqa məhəbbətinizin, diqqət və qayğınızın bariz nümunəsidir. Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan uzaqgörən siyasətin, xalq-dövlət, dövlət-xalq birliyinin və həmrəyliyinin bariz nümunəsi məhz budur. Qeyd etməliyəm ki, Azərbaycan dövləti təkcə çətin günlərdə deyil, bütün dövrlərdə öz siyasətini insan amili üzərində qurub. Hər şey xalq üçündür, hər şey vətəndaşların rifahı, qayğısız, xoşbəxt gələcəyi üçündür. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm”.

Zərdab rayonundan Vəfa Bayramova: “Möhtərəm cənab Prezident, hər zaman olduğu kimi, bu çətin günlərdə də Sizin Vətənimiz, xalqımız üçün gördüyünüz işlər bizi çox sevindirir. Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün atdığınız qətiyyətli addımları bütün xalqımız çox böyük minnətdarlıqla qarşılayır. Vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində gördüyün işlərə görə Sizə ürəkdən minnətdarıq. İnanırıq ki, həm xalqımız, həm də bəşəriyyət tezliklə bu bəladan xilas olacaq. Allah Sizi və xalqımızı qorusun!. Biz birlikdə güclüyük!”.

Sabirabad rayonunda məskunlaşmış məcburi köçkün Səbinə İsmayılova: “Möhtərəm cənab Prezident, dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Sizin rəhbərliyinizlə görülən ardıcıl və məqsədyönlü tədbirlər məcburi köçkün kimi məni çox qürurlandırır. Sizin çox uzaqgörən və qətiyyətli qərarlarınız bizi dünyanın inkişaf etmiş ölkələrinin üzləşdiyi acı taledən xilas etdi. Azərbaycanın koronavirus pandemiyasından ən az zərər çəkən ölkələr arasında ilk yerlərdə olması məhz Sizin qabaqlayıcı tədbirlərinizin sayəsindədir. Sizin "Biz birlikdə güclüyük!" çağırışınız qəlbimizdə xalq-rəhbər vəhdətinin sarsılmazlığına bir daha əminlik yaratdı. Azərbaycan xalqı Sizin və Mehriban xanımın simasında övladını təhlükədən qoruyan, ona sevgi və məhəbbətlə yanaşan bir ata qayğısı, bir ana şəfqəti duydu.

Hörmətli cənab Prezident, biz əminik ki, yürütdüyünüz düzgün siyasət, verdiyiniz doğru qərarlar, atdığınız qətiyyətli addımlar sayəsində ölkəmizdə bu pandemiyanın kökü kəsiləcək və Sizin rəhbərliyinizlə yenə də işıqlı günlər yaşayacaq, parlaq nailiyyətlər əldə edəcəyik”.

Mingəçevir şəhərindən tələbə Elmira Hüseynli: “Möhtərəm cənab Prezident, Mingəçevir Dövlət Universitetinin tələbə-gəncləri adından Sizə müraciət etməyi özümə borc bildim. Bu məktubda yazdıqlarım tələbə dostlarımın səmimi fikirləridir. Bütün dünyanı bürümüş koronavirusla mübarizə sahəsində atdığınız qətiyyətli addımlar Azərbaycan vətəndaşlarına verdiyiniz önəmi bir daha sübut etdi. Sizin sayənizdə doğma Azərbaycanımız bu sahədə də dünyada nümunə olmağı bacardı. Biz tələbələr karantin rejiminin tələblərinə riayət edərək evdə qalsaq da, distant təhsil almağa, müəllimlərimizdən öyrənməyə, dövlətimizə, xalqımıza və Prezidentimizə layiq mütəxəssis kimi yetişməyə çalışırıq. Çıxışlarınızda birliyə və həmrəyliyə çağırış etməyiniz biz tələbələri çox sevindirir. Hər birimiz inanırıq ki, Sizin sayənizdə tezliklə bu çətin günlər bitəcək. Biz Sizinlə və Mehriban xanımla qürur duyuruq. Şanslıyıq ki, Sizin kimi müdrik Prezidentimiz var. Xoşbəxtik ki, Sizin kimi Liderimiz var. Biz tələbə-gənclərin işıqlı gələcəyinin təmin olunmasına xidmət edən şərəfli və məsuliyyətli fəaliyyətinizdə daim Sizinləyik”.

Qobustan rayonunun sakini Rəşad Xəlilzadə: “Hörmətli cənab Prezident, hər zaman olduğu kimi, indiki çətin vəziyyətdə də xalqımızın yanında olduğunuz üçün Sizə minnətdarlığımı bildirirəm. Siz daim xalqımızın qayğısına qalırsınız. Şükürlər olsun ki, Sizin uzaqgörənliyiniz nəticəsində Azərbaycanda vəziyyət dünyanın bir çox ölkələrinə nisbətən çox yaxşıdır. Mən və mənim kimi gənclər Sizin uğurlu siyasətinizi daim dəstəkləyir, "İlham Əliyevlə irəli" şüarı altında birləşirlər.

Cənab Prezident, Sizə ailəmin, qohumlarımın adından dərin minnətdarlığımızı bildiririk. Siz var olduğunuz qədər, biz də varıq. Yaşasın Prezidentimiz İlham Əliyev! Allah Sizə uzun ömür, cansağlığı versin, Sizi xalqımıza çox görməsin!”.

Balakən rayonundan Yaşar Məmmədov dövlət başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: “Çox hörmətli cənab Prezident, Sizin yüksək dünyagörüşünüzə, sağlam düşüncənizə, ciddi nəzəri və praktiki təhlil qabiliyyətinizə, böyük siyasi təcrübənizə, dərin təfəkkürünüzə əsaslanan qərarlarınız, xalqımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində atdığınız addımlar, qabaqlayıcı və təxirəsalınmaz tədbirlər artıq öz nəticəsini verməkdədir. Ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin belə aciz qaldığı vəziyyətdən minimum ziyanla çıxmağımız, son dövrlərdə ölkəmizdə zəruri tibbi vasitələr, avadanlıq və ləvazimatlar ilə təminatın yaxşılaşdırılması, ən müasir tələblərə cavab verən səhiyyə ocaqlarının istifadəyə verilməsi, xaricdə çalışan həkimlərimizin, tibb üzrə alimlərin ölkəmizdə gedən proseslərə cəlb edilmələri, xalqın rifahı naminə göstərdiyiniz diqqət və qayğı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Cənab Prezident, əmin ola bilərsiniz ki, "Biz birlikdə güclüyük!" çağırışınızı balakənlilər də yaşam amalına çeviriblər. Bundan sonra da əlimizdən gələni əsirgəməyəcək, müstəqil, güclü Azərbaycan dövlətinin və xalqının etibarlı və firavan gələcəyinə, sosial rifahına hesablanmış uzaqgörən siyasətinizi daim dəstəkləyəcəyik. Ulu Tanrı xalqımızın daha sağlam və firavan sabahı naminə daim Sizi və ailənizi qorusun!”.

Samux rayonundan müəllimlər Bəsti Mahmudova, Göyçək Namazova və Kəmalə Mustafayeva yazırlar: “Hörmətli cənab Prezident, bütün dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizi təhdid etməsi qaçılmaz bir hal idi. Lakin Sizin gərgin əməyiniz, xalqa qayğınız nəticəsində bu bəlanı minimum itkilərlə dəf etməyə yaxınıq. Dünyanın qabaqcıl ölkələrində minlərlə insan itkisinə səbəb olan virusa qarşı mübarizədə biz Sizin siyasi xəttiniz ətrafında sıx birləşərək, apardığınız uğurlu mübarizənin iştirakçılarıyıq. Məktəblərin bağlandığı bir vaxtda biz müəllimlər təhsilin distant şəkildə təşkili üçün əlimizdən gələni əsirgəmir, virusa qarşı mübarizədə Sizə dəstək olmağa çalışırıq. Bizi bu cür qayğı ilə əhatə etdiyiniz üçün rayonumuzdakı 1 saylı məktəb-liseyin pedaqoji heyəti adından Sizə dərin təşəkkürümüzü bildiririk”.

Bakı şəhərinin sakini, professor Tahirə Allahyarova yazır: “Möhtərəm və əziz Prezidentimiz, cənab Ali Baş Komandan, COVID-19 pandemiyası qəfil meydana çıxması ilə dünya düzənində xaos vəziyyəti yaradıb, dövlət idarəçiliyini, siyasi liderləri çətin sınaqla üz-üzə qoyub. Sizin rəhbərliyinizlə Azərbaycanda son bir neçə ayda qəbul edilən qərarlar dövlətimizin bu bəlaya qarşı mübarizədə bir addım öndə olmasını təmin etdi. Siz "Milli birlik və həmrəylik", "Biz birlikdə güclüyük!" çağırışlarınızla xalqımızın malik olduğu ən ülvi dəyərləri səfərbər etdiniz. Azərbaycanlılar bugünkü yardımlaşma və paylaşma ilə dünyanın ən gözəl xalqı olduğunu bir daha dərk etdilər. Azərbaycanın antiböhran tədbirləri dünyaya örnək kimi göstərilir. Mərkəzində xalqımızın sağlamlığının və rifahının dayandığı strategiyanız hələ uzun müddət öyrəniləcək, təhlillərin mövzusu olaraq tarixə düşəcək.

Möhtərəm Prezident, pandemiyaya qarşı mübarizədə Sizin ətrafınızda sıx birliyimiz bundan sonra da bir xalq olaraq bütün təhdidlərə qarşı "milli immunitetimizi" daha da möhkəmləndirəcək. Koronavirusla mübarizənin qlobal indeksində yaxşı göstəricilərlə ön sırada dayanan Azərbaycan bayrağı Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. Güclü dövlətçiliyimiz, yüksək rifahımız naminə Sizə və əzizlərinizə, xalqımıza möhkəm cansağlığı diləyirik”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO