Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentə yazırlar: Siz tariximizdə yeni bir şanlı səhifəni qızıl hərflərlə yazdınız və insanların qəlbində ömürlük məskən saldınız

Prezidentə yazırlar: Siz tariximizdə yeni bir şanlı səhifəni qızıl hərflərlə yazdınız və insanların qəlbində ömürlük məskən saldınız

Bakı, 23 noyabr, AZƏRTAC

Rəşadətli Azərbaycan Ordusunun tarixi Qələbə qazanaraq torpaqlarımızı düşmən işğalından azad etməsi münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Türkiyənin İstanbul şəhərindən Elza Nağıyeva yazır: “Möhtərəm Prezidentimiz, bizə yaşatdığınız bu qürur və sevinc üçün Sizə və Azərbaycanın müzəffər Ordusuna təşəkkürlərimi bildirirəm. Türkiyədə olmağımıza baxmayaraq, müharibənin ilk günlərindən qəlbimiz Azərbaycanla döyündü. Bu Vətən müharibəsinin ilk günlərindən iki oğlum və kürəkənim bütün vətənsevər övladlar kimi müharibəyə getmək üçün İstanbuldakı Azərbaycan konsulluğuna müraciət edib qeydiyyata düşmüşdülər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin, Sizin kölgənizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin!”.

Şəkidən Elçin Harunov: “Dəyərli ölkə başçımız, çiçəklənən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev, bizlərə yaşatdığınız Qələbə sevincinə və ən əsası, Azərbaycan Respublikasının qurucusu, yaradıcısı, dahi şəxsiyyət Heydər Əliyevin Sizə etdiyi vəsiyyəti şərəflə yerinə yetirdiyinizə görə öz adımdan və ailəm adından Sizə təşəkkür edirəm. Mən fəxr edirəm ki, azərbaycanlıyam və mən fəxr edirəm ki, Sizin kimi dahi, insani dəyərləri yüksək tutan Prezidentim, Ali Baş Komandanım var. Biz birlikdə güclüyük! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Kəlbəcər sakini Alim Fəttahov: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, mən öz adımdan və ailəm adından Sizə Kəlbəcər və digər işğal olunmuş rayonlarımızın azad olunması münasibətilə dərin təşəkkürümü və minnətdarlığımı çatdırıram. Sizin uğurlu siyasətiniz və şanlı Ordumuzun qəhrəmanlıqları nəticəsində ərazi bütövlüyümüz tam bərpa olundu və mən artıq məcburi köçkün deyiləm. Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir. Eşq olsun Sizə! Allah Sizi və ailənizi qorusun! Sizə və şanlı Ordumuza Allahdan daha da böyük qüvvət arzulayırıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Şəmkir sakini Elbrus Məmmədov: “Hörmətli cənab Prezident, mən də bir Azərbaycan vətəndaşı kimi Qələbə qazandığımız üçün çox sevinirəm və fəxr edirəm ki, azərbaycanlıyam. Doğma torpaqlarımız işğaldan azad edildiyi üçün Sizə çox minnətdaram. Allah Sizin kölgənizi bizim başımızın üzərindən əskik etməsin! Allah cəbhədə olan igid əsgərlərimizi qorusun! Qazilərimizə isə Allah şəfa versin! Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yerləri cənnətməkan olsun, inşallah. Bu günümüzə çox şükür, min şükürlər olsun! Bir daha Sizə minnətdaram, cənab Prezidentimiz”.

Mingəçevir şəhərindən Zivər Bəylərova: “Hörmətli cənab Prezident, Sizi və bütün Azərbaycan xalqını böyük Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Bu zəfərdə Sizin uzun illər həyata keçirdiyiniz müdrik diplomatik, iqtisadi və hərbi strategiyanız, Ordumuzun zəhməti, şəhidlərimizin qanı və xalqımızın dəstəyi vardır. Siz Azərbaycan tarixində yeni bir şanlı səhifəni qızıl hərflərlə yazdınız və xalq qəhrəmanı kimi tarixdə, insanların qəlbində ömürlük məskən saldınız. Bu Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, həm də xalqımızın qalibiyyət hissini də bərpa etdiniz. Sizə çox minnətdarıq. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin!”.

Ağdam sakini Rövşən Əliyev: “Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz, Azərbaycanın Milli Qəhrəmanı İlham Heydər oğlu Əliyev, Sizin işğaldan azad olunmuş Qarabağ torpaqlarına uğur və nur gətirən səfəriniz Azərbaycan xalqını, dünya azərbaycanlılarını və hərbçilərimizi daha da ruhlandırır. Bilirik ki, ayağınız uğurludur, Qarabağa ancaq xoşbəxtlik gələcək. Sizin simanızda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və bizə dəstək olan bütün dövlətləri Birinci Qarabağ müharibəsi veteranı, II qrup Çernobıl əlili kimi təbrik edir və Sizə Uca Allahdan uzun ömür, cansağlığı arzu edirəm”.

Göyçaydan Şəmistan Məmmədov: “Müzəffər Ali Baş Komandan İlham Əliyev, ilk növbədə, Sizi salamlayır, ailəm və öz adımdan Sizə və müzəffər Ordumuza minnətdarlığımı bildirmək istəyirəm. Uca Allah Sizi, Ordumuzu və bütün xalqımızı qorusun! Bu möhtəşəm Qələbənin banisi Sizsiniz. Sizinlə bütün Azərbaycan xalqı fəxr edir. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Bakı şəhər sakini Aygün Bağırova: “Hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandan, işğal altında olan torpaqlarımız uğrunda apardığınız Vətən müharibəsinin qalibiyyətlə sonlandırmağınız münasibətilə Sizi təbrik edirəm. Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Bu Qələbənin memarı Sizsiniz. Bu şanlı yolda Sizin sözlərinizə istinad edərək "dəmir yumruq kimi" daim Sizin yanınızdayıq, cənab Prezident. Sizə yazılası ürək sözlərim o qədər çoxdur ki, sadəcə, bunu ifadə etməkdə kəlmələr acizdir. Siz bizim qürurumuz, fəxrimizsiniz. Allahdan Sizə cansağlığı və uzun ömür arzulayıram. Uca Yaradan Sizi və ailənizi qorusun! Yaşasın Azərbaycanın möhtərəm və möhtəşəm Prezidenti cənab İlham Əliyev!”.

Füzuli sakini Vidadi Sadıqov: “Hörmətli cənab Prezident, mən Füzuli rayonunun Arışlı kənd sakini və Birinci Qarabağ müharibəsi veteranı olaraq Sizi Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram. Biz, bütün xalqımız Sizin ətrafınızda bir yumruq kimi birləşmişik. Bu dəmir yumruqla erməni təcavüzkarlarına, vandallarına qarşı gücümüzü sübut etdik, intiqamımızı aldıq. Dövlətimiz və xalqımız üçün etdiklərinizə görə Sizə sonsuz təşəkkürlərimi bildirirəm. Sizin xalqımıza yaşatdığınız sevincin həddi-hüdudu yoxdur. Biz çox xoşbəxt xalqıq ki, onun Sizin kimi əvəzolunmaz Lideri var. Allah Sizi qorusun!”.

Ağdam sakini Səfayə Əliyeva: “Hörmətli cənab Prezident, Mən 5-ci sinifdə oxuyuram, 10 yaşım var. Mən əslən Kəlbəcər rayonundanam. Sizə təşəkkür edirəm. Çünki Siz Azərbaycan xalqının, eləcə də mənim valideynlərimin 30 il həsrətini çəkdikləri doğma torpaqlarını geri qaytardınız. Sizə və Milli Ordumuzun bütün qəhrəman əsgərlərinə minnətdarıq. Bizi dəstəklədikləri üçün türk xalqına və dövlətinə təşəkkür edirik. Allah onların da yardımçısı olsun! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

Sumqayıt sakini Müslüm Abbasov: “Otuz illik həsrəti qələbə ilə başa çatdıran, qələbəni isə tarixə qızıl hərflərlə həkk etdirən yenilməz Sərkərdəm. Sizi və xalqımızı bu gün münasibətilə şəhid atası kimi, səmimi qəlbdən təbrik edirəm. Siz mənim, eyni zamanda, bütün şəhid ailələrinin yaralı qəlbinə bu qələbə ilə su səpmiş oldunuz. Mən inanırdım ki, yenilməz Ordumuz Sizin uzaqgörən siyasətiniz sayəsində düşmənin layiqli cavabını verəcək. Qardaş Türkiyənin mənəvi dəstəyi də bizə güc verdi. Ata vəziyyətini yerinə yetirdiyiniz üçün biz atalar Sizinlə qürur duyuruq. Hər gün efirlərdən bu şad xəbərin nə vaxt veriləcəyini gözləyirdim və 10 noyabr – şəhidlərin qisas günü, torpaqların işğaldan azad olunduğu gün, anaların, gəlinlərin, övladların göz yaşlarına son qoyulduğu gün gəldi. Siz mənim qəlbimdə qızıldan büstü qoyulmuş, heç vaxt unudulmayan Ali Baş Komandanımsınız”.

Lerik sakini Ağalar Tağıyev: “Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan, Azərbaycan xalqının xilaskarı. Sizi və Azərbaycan xalqını bu möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Balanslaşdırılmış, uzaqgörən, səbirli xarici və daxili siyasətin, düzgün hərbi strategiyanın nəticəsi bax, budur. Cənab Prezident, Azərbaycan xalqı öz tarixi boyu heç bu qədər sevinməmişdi. Bu sevinci Siz bizə bəxş etdiniz. Hörmətli Prezident, mən bu məktubu yazarkən göz yaşlarımı saxlaya bilmədim, hər şey insana yuxu kimi gəlir. Mümkün olmayanı mümkün etdiniz, xalqımızın qürurunu özünə qaytardınız. Cənab Prezident, mən 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Sizin siyasi kursunuzu daim dəstəkləyirəm. Siz ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçiləndə, Sizin ilk çıxışlarınızı eşidəndə, əmin oldum ki, Sizin ziyalılığınız, kübarlığınız, humanizminiz, uzaqgörənliyiniz, savadınız Azərbaycan xalqını xilas edəcək və onu zirvələrə qaldıracaq. Belə də oldu. Sizinlə fəxr edirik, cənab Prezident. Mən müəlliməm. Azərbaycanın müəllim ordusu daim arxanızdadır. Bir sözlə, bütün Azərbaycan xalqı adından, ailəmiz adından Sizə dərin minnətdarlığımı bildirirəm. Bu çətin və şərəfli yolda Sizə uğurlar arzulayırıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib