Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir

Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir

Bakı, 29 dekabr, AZƏRTAC

Rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə əlaqədar Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

“Siz bizim əbədi qəhrəmanımızsınız”

İsmayıllı rayonundan Nərmin Fərəməzova yazır:

“Cənab Prezidentimiz, tarix yazan Sərkərdəmiz İlham Əliyev.

Sizə İsmayıllı rayonunun Sulut kəndindən yazıram. Mənim 14 yaşım var. Sizə yazmağımın əsas səbəbi öz sevincimi bildirməkdir. Mən Qarabağ bölgəsindən olmasam da, Qarabağ azad olunanda çox sevinirdim. Çünki Vətənin hər qarışı bizimdir. Vətən müharibəsindəki qalibiyyətimiz Sizin, Azərbaycan Ordusunun, şəhidlərimizin, qazilərimizin və bir yumruq kimi birləşən xalqımızın sayəsində oldu. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimiz tezliklə sağalsınlar. Bu şanlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz bizim əbədi qəhrəmanımızsınız. Nə yaxşı ki, Sizin kimi başçısı olan müstəqil dövlətin vətəndaşıyam. Vətənə hər an xidmət etməyə hazıram. Biz bir olanda Azərbaycan oluruq! Qarabağ Azərbaycandır!”.

“Fəxr edirəm ki, Sizin kimi müdrik Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var”

Saatlı rayon sakini Miryusif Abasov:

“Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin komandanlığınızla şanlı ordumuz tərəfindən işğal altında olan torpaqlarımız 30 ildən sonra mənfur erməni tapdağından azad olundu. Bu parlaq qələbə əsrlərboyu yaradılmış saxta erməni mifini darmadağın etdi. Əlbəttə, bu tarixi qələbəyə Sizin qətiyyətli və müdrik rəhbərliyinizlə, milli birliyimiz, dəmir yumruq kimi birləşməyimiz sayəsində nail olundu. Şanlı qələbə münasibətilə Sizi, xalqımızı, müzəffər Ordumuzu ürəkdən təbrik edirəm. Fəxr edirəm ki, Sizin kimi müdrik Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var. Allah Sizi qorusun!

Hörmətli cənab Prezident, Sizin ölkədə qismən səfərbərliklə əlaqədar imzaladığınız Sərəncam mənim də ürəyimdən oldu. Həqiqi hərbi xidmət dövründə ağır artilleriyada təcrübə qazanmışdım deyə dərhal cəbhəyə könüllü yazılanlar sırasına qoşuldum. 2020-ci il sentyabrın 29-dan torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşlərə qatılmışam. Cəbrayıl, Füzuli, Qubadlı rayonları ərazisində erməni faşistlərinə qarşı şücaətlə vuruşmuşam. Yaralı döyüşçü yoldaşlarımı döyüş meydanından çıxarıb tibbi yardım məntəqəsinə çatdırılmasına kömək göstərmişəm. Hazırda Laçın rayonunda “N” saylı hərbi hissənin tərkibində qulluq edirəm. Əsgərlərimizin sırasında olmağımdan çox məmnunam və böyük qürur duyuram.

Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Yaralı əsgərlərimizə Allahdan şəfa diləyirəm.

Allah Sizi qorusun! Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

“Bu 44 günlük dövrdə Sizin qətiyyətiniz və dik duruşunuz bizi qürurlandırdı”

Türkiyənin Ankara şəhərindən Enver Türkoğlu:

“Möhtərəm cənab Prezident.

Qazandığınız tarixi Qələbəyə görə Türkiyədən şəxsən Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu günlərdə Qarabağdakı Qələbəmizin xoşbəxtliyini ürək dolusu yaşayırıq.

Çünki 30 ilə yaxın idi ki, hər gün bu zəfərin xəyalını quraraq yaşayırdıq. Ancaq bir gün həmin anın gələcəyinə, mütləq doğma torpağımıza qayıdacağımıza əmin idik. Allaha şükür ki, Qarabağ bu gün öz sahiblərini qazandı.

Bu 44 günlük dövrdə Sizin qətiyyətiniz və dik duruşunuz bizi qürurlandırdı, bu hisslər uzun illər unudulmayacaq. Fürsətdən istifadə edərək, Sizə və qalib Azərbaycan Ordusuna təşəkkür etmək istəyirəm. Şəhid əsgərlərimizə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyirəm.

Cənab Prezident, səmimi qəlbdən inanıram ki, Sizin rəhbərliyiniz altında, irəliyə baxan güclü siyasətinizlə Azərbaycan hər il daha da inkişaf edəcəkdir.

İki dövlət, bir millət anlayışı hər birimiz üçün dəyərlidir. Türkiyə və Azərbaycan arasındakı dost münasibətləri hər keçən gün daha da inkişaf etdirilməsində Sizin və Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın fəaliyyətini yüksək qiymətləndiririk.

Hörmətli Prezident, Sizi bir daha təbrik edir, uzun ömür, cansağlığı arzulayıram. Ana Vətəndən Ata Vətənimə salamlar çatdırıram”.

“Bu Qələbə Sizin uzaqgörən, müdrik siyasətinizin nəticəsidir”

Yardımlı rayonundan Məsud Cavadov:

“Cənab Prezident.

44 günlük Vətən müharibəsində qələbə çalmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Mən Sizin bu Qələbənizi alqışlayıram. Bu Qələbə Sizin uzaqgörən, müdrik siyasətinizin nəticəsidir. Allah Sizdən və xalqımızdan razı olsun. Xalq Sizin ətrafınızda dəmir yumruq kimi birləşərək erməni terrorçularını torpaqlarımızdan qovdu.

Cənab Prezident, müharibə vaxtı etdiyiniz bütün çıxışlarınıza heyran qalırdıq, sanki rəhmətlik ulu öndər Heydər Əliyev danışırdı. Sizin çıxışlarınız dillər əzbəri olub. Sizin hər kəlməniz bizim üçün dəyərlidir. Ermənistan ordusunun təxribat törədərək Gəncəyə bir neçə dəfə raket atmasına baxmayaraq, Siz təxribata uymadınız. Öz uzaqgörən siyasətinizlə bu təxribatın qarşısını aldınız.

Allah Ulu Öndərimizə, şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin”.

“Sizin rəhbərliyinizlə Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir”

Beyləqan rayonunun sakini İslam Allahverdiyev:

“Möhtərəm Prezident.

Doğma Qarabağın düşməndən azad edilməsi və Vətən müharibəsinin tarixi Qələbə ilə başa çatması hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaşatmışdır. Sizin ulu öndər Heydər Əliyevin siyasi varisi kimi zəngin təcrübəniz və yüksək liderlik keyfiyyətləriniz, xalq arasında və dünyada böyük nüfuzunuz doğma Qarabağ uğrunda savaşda uğurlarımızın əsas şərti olmuşdur. Biz əminik ki, savaş meydanında əldə etdiyimiz tarixi Qələbənin ardınca Sizin rəhbərliyinizlə Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir”.

“Yorulmaz siyasi fəaliyyətinizə, hərbi sahədəki şücaətlərə və qəhrəmanlıqlara görə Sizin qarşınızda baş əyirik”

Bakı şəhər sakini Sərdar İsmayılov:

“Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Mən Qarabağ müharibəsi əlili, vətənpərvər qarabağlı kimi torpaqlarımızın erməni faşistlərindən uğurla azad etdiyinizə, böyük zəfərin qazanılmasındakı xidmətlərinizə, tarixi ədaləti bərpa etdiyinizə görə Sizə minnətdarlıq edirəm.

Siz Vətənimizin bir parçası olan Qarabağımızın şəhər və kəndlərini – Şuşanı, Kəlbəcəri, Laçını, Ağdamı, Füzulini, Zəngilanı, Cəbrayılı, Hadrutu, Suqovuşanı və digər ərazilərimizi 30 illik həsrətdən sonra əsl sahiblərinə - bizə qaytardınız. Buna görə Siz bizim Fatehimiz, əvəzolunmaz liderimizsiniz. Yorulmaz siyasi fəaliyyətinizə, hərbi sahədəki şücaətlərə və qəhrəmanlıqlara görə Sizin qarşınızda baş əyirik.

Ağdam rayonu Şıxbabalı kəndinin sakinləri, o cümlədən ailə üzvlərim adından, həmçinin döyüş yoldaşlarımın adından Sizə və komandanlıq etdiyiniz müzəffər Ordumuza səmimi təşəkkürlərimizi bildiririk.

Sizə gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar, tarixi qələbələr və böyük zəfərlər arzulayırıq.

Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralı qazilərimizin tezliklə sağalmalarını arzulayırıq.

Tanrı Sizi və xalqımızı qorusun!”.

“Bu Qələbəni Sizin qətiyyətiniz, qardaş və bacılarımızın şücaəti sayəsində qazandıq”

Bakı şəhərindən Cəmilə İmamverdiyeva:

“Hörmətli cənab Prezident.

Mən Texniki-Humanitar Liseyin müəllimi, həmçinin Birinci Qarabağ müharibəsi veteranının qızıyam.

Məktubumla xalqımıza bəxş etdiyiniz Qələbəyə görə təşəkkür edirəm. Bu qələbə tarixini Sizin qətiyyətiniz, qardaş və bacılarımızın şücaəti sayəsində qazandıq. Məhz Siz xalqımızda bu qədər yüksək döyüş ruhu yarada bildiniz. Əsgərlərimizi ruhlandırdığınıza, onlardan diqqət və qayğını əsirgəmədiyinizə görə çox sağ olun. Siz 44 gün ərzində hər an bizimlə oldunuz, biz isə səbirsizliklə Sizdən xoş xəbərlər gözləyirdik.

Mən şəxsən Sizə müəllimlər adından çox sağ ol demək istəyirəm ki, bizi işğal altında olan tarixlər barədə dərs demək əzabından qurtardınız, yeni qalibiyyət tarixini şərəflə, qürurla uşaqlara öyrətmək imkanı verdiniz. Nəhayət, dərsliklərdə, gündəliklərdə ərazilərimizin işğaldan azad edildiyi günlər qırmızı rənglə qeyd ediləcək.

Bizim liseyin məzunu Aqşin Novruzov da Vətən müharibəsinin şəhidi zirvəsinə ucalıb. O daim bizim qəlbimizdə yaşayacaq və arzu edirik ki, bir vaxtlar liseyimiz onun adını daşısın.

Biz şagirdlərimizi Vətənimizin bir parçası olan Qarabağımıza, Azıx mağarasına, Xudafərin körpüsünə, Pənahabad və Şahbulaq qalalarına, Xudavəng, digər alban kilsələrinə ekskursiyaya aparacağımız günləri səbirsizliklə gözləyirik.

Biz onlayn rejimdə şagirdlərimlə birlikdə Sizin çıxışlarınızı izləyirdik. Şagirdlərim Sizin tarixi, coğrafi biliklərinizə, müxtəlif dillərdə natiqlik qabiliyyətinizə heyran olur və bu da onları daha yaxşı oxumağa həvəsləndirirdi.

Əziz Prezidentimiz, şükürlər olsun ki, xalqımızın Sizin kimi Lideri var. Allahdan Sizə möhkəm cansağlığı və uzun illər arzulayıram.

Düşmən qarşısındakı başucalığımıza görə Sizə bir daha təşəkkür edirəm”.

“Bütün dünyaya necə böyük bir lider olduğunuzu bir daha göstərdiniz”

Şəkidən Hüseyin İbadov:

“Möhtərəm cənab Prezident.

Bütün Azərbaycan xalqı Sizinlə fəxr edir. Sizin kimi bir liderimiz olduğu üçün fəxarət hissi keçiririk. Vətən müharibəsində bütün qərarları lazımi anda verdiniz, qətiyyətli addımlar atdınız. Bununla da bütün dünyaya necə böyük bir lider olduğunuzu bir daha göstərdiniz.

Mən məhkumam. Hər gün televiziyadan bütün çıxışlarınızı böyük qürur hissi ilə izləyirəm. Siz dünyanın ən böyük liderisiniz. Xalqımızın qəhrəmanısınız!

Sizə olan minnətdarlıq hisslərimi ifadə etməyə söz yetməz. Şəhidlərimizin, o cümlədən atamın, həmçinin minlərlə qazilərimizin intiqamını aldığınız üçün Sizə təşəkkür edirəm. Yaxşı ki, varsınız, yaxşı ki, bizim liderimizsiniz!”.

“Çətin günlərdə bizi birləşdirib düşmənin başını əzən dəmir yumruğunuz qayğıkeş əllərə çevrilib yurdumuzu bərpa edəcək”

Bakı sakini Asif Hacısoy:

“Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandanımız.

Sizin uzaqgörən siyasətiniz, iradəniz və müzəffər Ordumuzun şücaəti sayəsində çoxəsrlik tariximizin ən parlaq səhifələrindən birinə şahidlik edirik.

1993-cü ildə ətraf rayonların işğalından sonra sağ qalmaq üçün yeganə yolumuz sakini olduğumuz Zəngilan rayonu, Bartaz qəsəbəsindən Arazın o tayına keçməklə köçkün taleyimizə qədəm qoyduq. On yaşlı bir uşaq üçün Arazın o tayında gözlə görünən evinə qayıda bilməmək hisslərini sözlə ifadə etmək olmur. Orada bir neçə gün qaldıqdan sonra qayıtmağın mümkün olmayacağını başa düşüb İran ərazisindən keçməklə İmişlidə, indiki Şirvan rayonunda və nəhayət, Bakıda məskunlaşdıq.

Torpaqlarımızın işğal altında qaldığı illər ərazi bütövlüyümüzün bərpası həsrəti ilə keçdi. Sizin bu istiqamətdə uğurlu fəaliyyətiniz göz önündə idi və bizdə böyük ümidlər yaradırdı. Beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlar tətbiq etsə də Sizin uzaqgörən siyasətiniz bütün maneələrin öhdəsindən gəldi.

Bu gün artıq torpaqlarımız azaddır və mənim yarımçıq qalan o xoşbəxt uşaqlığımı, övladlarımla birlikdə sonrakı həyatımı dədə-baba yurdumda davam etdirəcəyəm.

Əminəm ki, bu çətin günlərdə bizi birləşdirib düşmənin başını əzən dəmir yumruğunuz qayğıkeş əllərə çevrilib yurdumuzu bərpa edəcək.

Sizə və rəşadətli Ordumuza minnətdarlığımı bildirir, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Sizi möhtəşəm Qələbəmiz münasibətilə ürəkdən təbrik edir və müstəqil Azərbaycanımızın inkişafı istiqamətindəki fəaliyyətinizdə uğurlar arzulayıram”.

“Bu Qələbə Sizin şah əsərinizdir”

Cəlilabaddan Qeyrət Ağayevin məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

Bu gün Sizə səmimi ürək sözlərimi yazmaqdan şərəf duyuram. Siz həm bizim Prezidentimiz, həm də xalq qəhrəmanısınız. Çünki Siz hər zaman xalqın marağını hər şeydən üstün tutursunuz.

Ermənilərin havadarları nə qədər güclü olsa da Sizin zəkanız, düzgün qərarlarınız bu gücə qalib gəldi.

Bu Qələbə Sizin şah əsərinizdir. Bu əsərin ərsəyə gəlməsində Vətən üçün ölümün gözünə dik baxan igid əsgərlərimizin də payı çoxdur. Allah şəhidlərimizə rəhmət eləsin, əsgərlərimizə uzun ömür versin.

Sizin uzaqgörən siyasətiniz, iradəniz və müzəffər Ordumuzun şücaəti sayəsində çoxəsrlik tariximizin ən parlaq səhifələrindən birinə şahidlik edirik.

Naxçıvanla quru sərhədimizin bərpa olunması siyasi mübarizənizdə alqışalayiq bir qələbədir. Allah Sizi, bu mübarizədə bizə dəstək olan dost ölkələri, onların liderlərini qorusun!

Xalqımız Sizi sevir, ona görə ümid edirik ki, ömürlük bizim Prezidentimiz olacaqsınız. Sizin sayənizdə əldə olunan Qələbə bizi dünyanın ən xoşbəxt, ən zəngin insanlarına çevirdi. Ulu Tanrı Sizə yar olsun!”.

“Siz və şanlı Ordumuz Azərbaycan tarixinə qızıl hərflərlə unudulmaz yeni bir tarix yazdınız”

Lerikdən Rövşən İmanov:

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev.

Sizin və şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində gözəl Qarabağımızın erməni faşistlərindən 44 gün ərzində azad olunması xəbərləri məni və ailə üzvlərimi çox sevindirdi. Bu Qələbə münasibətilə Sizə və şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə öz təşəkkürümüzü bildirirəm.

Əziz Prezidentimiz, Siz və şanlı Ordumuz Azərbaycan tarixinə qızıl hərflərlə unudulmaz yeni bir tarix yazdınız. Sizə, Azərbaycan Ordusunun əsgər və zabitlərinə möhkəm cansağlığı, uzun ömür arzu edirik.

Qarabağ Azərbaycandır!

Var olsun Azərbaycan!

Yaşasın Azərbaycan Respublikası!”.

“Xəyallarımızda yaşatdığımız Qarabağımızı, Şuşamızı bizə qaytardınız”

Bakıdan İsgəndərovlar ailəsinin məktubunda deyilir:

“Hörmətli cənab Prezidentimiz.

Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin. Siz indiyə kimi xəyallarımızda yaşatdığımız Qarabağımızı, Şuşamızı bizə qaytardınız. Baxmayaraq ki, anam şuşalıdır, mən indiyə kimi ana torpağımı ancaq şəkillərdə görürdüm, oraları anamın ağlaya-ağlaya danışdığı xatirələri ilə təsəvvür edirdim. Amma Siz peşəkar, inamlı siyasətiniz nəticəsində, rəhbəri olduğunuz Müzəffər Ordumuzun gücünə Qarabağımızı, Şuşamızı bizə qaytardınız, 27 ildən sonra işğaldan azad etdiniz, bu sevinci, xoşbəxtliyi bizə bəxş etdiniz. Bunlar sözlə ifadə edilməyəcək hisslər, anlardır. Səbirsizliklə Şuşamızda qurbanımızı kəsəcəyimiz günü gözləyirik. Allah Sizdən yerdən göyə qədər razı olsun.

Xalqımızın sevimli Prezidenti, Müzəffər Ali Baş Komandanımız, Sizi çox sevirik. Allah Sizi qorusun! 100 yaşayın, cənab Prezident. Dualarımız, sevgimiz Sizinlədir”.

“Sizin ürəyinizdəki Vətən eşqi, qətiyyətiniz sayəsində Qələbəyə nail olduq”

Bakı sakini Mehdi Mehdiyev:

“Möhtərəm cənab Prezident.

Bir lider və rəhbər kimi nailiyyətlərinizi sadalamaqla bitməz. Amma mənim və minlərlə soydaşlarımız üçün bu nailiyyətlərin içində ən əsası torpaqlarımızı azad etməyinizdir.

Torpaqlar Sizin səyləriniz, uzaqgörən siyasətiniz, güclü strategiyanız sayəsində azad olundu. Ən əsası isə ürəyinizdəki Vətən eşqi, qətiyyətiniz sayəsində Qələbəyə nail olduq.

Mən sahibkaram. Fəaliyyətimlə bağlı bir çox böyük beynəlxalq şirkətlərin rəhbərləri ilə ünsiyyətdə oluram, müxtəlif bölgələrdə gedən siyasi prosesləri müşahidə edirəm. Bu qənaətə gəlmişəm ki, əsl liderin biliyi, intellektual savadı və qətiyyəti ilə yanaşı ürəyində Vətən eşqindən doğan alov olmalıdır. Bu alovu mən Sizdə gördüm. Sevinirəm ki, belə bir ürəyə malik şəxs mənim ölkəmin rəhbəridir. Sizin xalq üçün etdiyiniz böyük bir müvəffəqiyyət, tarixi qələbə, nəhayət bir millətin mənliyinin, hər birimizin şərəf və ləyaqətinin yüksəlməsidir.

Mənim atam 4 il əvvəl 75 yaşı tamam olanda kədərlə dedi ki, görəsən mən Laçının azadlığına qədər yaşayacağammı? Bu gün atam 79 yaşındadır və ürəyi Sizin sayənizdə sakit və şaddır. Hər bir soydaşımız Sizə qarşı heç nə ilə ölçülə bilməyən minnətdarlıq hissi keçirir, biz bu gün yaşananları heç vaxt unutmayacağıq.

Bilin ki, Sizin yolunuzda hər şeyini, hətta canının fəda etməyə hazır olan yüz minlərlə insan var”.

“Sizin sayənizdə Ağdam rayonundan olan ailəmin üzərindən məcburi köçkün adı götürüldü”

Culfadan Ömər Nəzərov:

“Möhtərəm Prezidentimiz İlham Əliyev.

Sizin sayənizdə Ağdam rayonundan olan ailəmin üzərindən məcburi köçkün adı götürüldü. Mənim atam da hazırda milli orduda xidmətini layiqincə yerinə yetirir. Həm hərbçi ailəsində böyüdüyümdən, həm də Sizi izlədikdən sonra ordumuza layiqli hərbçi olacağıma söz vermişəm. İndi mənim 15 yaşım var, ordu sıralarında hərbi xidmət etmək üçün günləri sayıram. Allahın izni ilə o gün mənə qismət olar.

Cənab Prezident, Sizi başqa ölkələrin prezidentləri ilə müqayisə etdikdə Sizinlə daha da qürur duyuram. Siz bu milləti sevindirdiniz, Qarabağımızı bizə qaytardınız. Allah Sizə uzun ömür, cansağlığı versin. Daim ölkəmizin başında durasınız və ölkəmizi daha irəli aparasınız. Mən bunu tam səmimi qəlbimlə yazıram, ürək sözlərimi Sizə çatdırmağa çalışıram. Sizinlə fəxr edirəm və qürur duyuram. Allah Sizdən razı olsun! Sonda bir daha Ağdamlı olaraq, bütün ağdamlılar adından Sizə təşəkkür edirəm. Allah köməyiniz olsun, daha da güclü olasınız. Sağ olun! Var olun!”.

“Sizin hakimiyyətinizin ilk günündən həyata keçirdiyiniz məqsədyönlü fəaliyyətiniz Azərbaycanımızın bu günü üçün polad təməllər qoymuşdur”

Fransanın Paris şəhərində yaşayan Günel Səfərova yazır:

“Möhtərəm cənab Prezident!

Siz 30 ilə yaxın müddət ərzində işğal altında qalmış Qarabağımızı bizə - Azərbaycan xalqına qaytardınız. Azərbaycan tarixində yeni səhifə yazdınız. Sizin hakimiyyətinizin ilk günündən həyata keçirdiyiniz məqsədyönlü fəaliyyətiniz Azərbaycanımızın bu günü üçün polad təməllər qoymuşdur. Bundan heç bir zaman şübhə etməmişdik.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun məharətli təmsilçisi olaraq dövlətimizin parlaq gələcəyinin Sizin kimi Prezidentin rəhbərliyi ilə olacağından tam əminik.

Cənab Prezident, Sizi Fransada yaşayan azərbaycanlılar adından səmimi qəlbdən təbrik edirik. Bu müşkül zamanda Sizə, ilk növbədə, möhkəm cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzu edirik. Qarabağı azad etməklə dünyaya dövlətimizin gücünü göstərdiniz və biz azərbaycanlılara qürurumuzu və məğrurluğumuzu qaytardınız.

Buna görə Sizə minnətdarlığımızı bildiririk!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib