RƏSMİ XRONİKA
Prezidentin Mətbuat Xidmətinin Məlumatı
Dekabrın 24-də Türkiyə Respublikasının X Prezidenti Əhməd Necdət Sezər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Əhməd Necdət Sezər Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona ali dövlətçilik fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Respublikasının X Prezidenti Əhməd Necdət Sezərə minnətdarlığını bildirmişdir.