ELM VƏ TƏHSİL


Professor Əlövsət Quliyev: İşğaldan azad edilmiş rayonların tezliklə bərpasına nail olacağıq

Bakı, 12 noyabr, AZƏRTAC

Dünyanın nəhəng dövlətlərinin və güclərinin ən qəti göstərişlərinə, tələblərinə və təzyiqlərinə sinə gərən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti ilə Vətən müharibəsindən qalib çıxdıq. Dağlıq Qarabağa statusun ləğv edilməsi məhz İlham Əliyev diplomatiyasının ən böyük qələbəsidir. Budur Azərbaycan reallığı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev deyib. O bildirib ki, noyabrın 10-u Azərbaycan xalqı üçün müqəddəs bir gündür. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, siyasi iradəsi, əzmkarlığı və qüdrətli Azərbaycan Ordusu sayəsində 44 gün ərzində möcüzə baş verdi. Məhz həmin günlər Azərbaycan tarixində ilk böyük dönüş oldu.

“Ermənilər işğal etdikləri Azərbaycan ərazilərini nə günə qoymuşdular? Hətta Füzulidə qələbə bayrağını asmağa bir bina belə tapılmadı. Artıq o günlər geridə qaldı. Əminəm ki, işğaldan azad olunmuş torpaqlarımızda tezliklə yeni evlər tikəcək, yollar çəkəcəyik. Torpaqlar əkin altında bol məhsul verəcək. Möhtərəm Prezidentimizin təkidi ilə Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəyi türk dünyasına açılan bir qapı olacaq. Biz dağıdılmış rayonların bərpasına, kənd təsərrüfatının inkişaf etdirilməsinə yaxın vaxtlarda nail olacağıq”, - deyə torpaqşünas alim vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.