Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Professor Buludxan Xəlilov: Nəsimi bugünkü və gələcək nəslə daha çox lazımdır

Professor Buludxan Xəlilov: Nəsimi bugünkü və gələcək nəslə daha çox lazımdır

Bakı, 14 yanvar, AZƏRTAC 

Prezident İlham Əliyevin 2019-cu il 11 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Sərəncamda qeyd olunduğu kimi, İmadəddin Nəsimi bədii və fəlsəfi fikir tariximizdə dərin iz qoymuş mütəfəkkir şairdir. Onun yaradıcılığı insanların mənəvi əxlaqi cəhətdən kamilləşməsində müstəsna rol oynayır. Bütün zamanlarda olduğu kimi, indi də İmadəddin Nəsiminin zəngin irsi hər bir insanı anladır ki, mənəvi-əxlaqi idealları qorumaq, yaşatmaq və inkişaf etdirmək lazımdır. İmadəddin Nəsiminin zəngin irsi bir neçə cəhətdən daha çox diqqət mərkəzində olmalıdır. Məhz bu cəhət Sərəncamda xüsusi olaraq qeyd edilib. Bu da ondan ibarətdir ki, İmadəddin Nəsimi yaradıcılığı Şərq xalqlarının zəngin sərvətlər xəzinəsindən biridir. Bu xəzinə uzun illər ədəbiyyatşünasların, dilçilərin, filosofların, tarixçilərin diqqət mərkəzində olub. Hər dəfə onun araşdırıcıları şərq, təbii ki, türk xalqlarının ədəbi-bədii və fəlsəfi düşüncəsinin nə qədər dərin, qədim, özünəməxsus olduğunu üzə çıxarıb, geniş təbliğ etsələr də, yenə də böyük söz ustasının təbliğinə, tədqiqinə, zaman-zaman ehtiyac yaranıb.

Bu sözləri AZƏRTAC-a filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov ölkə başçısının 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə bağlı Sərəncamının əhəmiyyətindən danışarkən deyib.

O vurğulayıb ki, bütün zamanlarda bu böyük söz ustasının tədqiqinə, təbliğinə ehtiyac olub və olacaqdır. Təsadüfi deyil ki, İmadəddin Nəsimi irsinin sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə olub. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə şairin 600 illik yubileyi keçirilib. İmadəddin Nəsiminın adı UNESCO-nun görkəmli şəxsiyyətlər siyahısına daxil edilib, onun adı ilə bağlı beynəlxalq tədbirlər keçirilib, araşdırma və tədqiqat işləri aparılıb. Onu da qeyd edək ki, İmadəddin Nəsimi Azərbaycan dilinin və ədəbiyyatının tarixində xüsusi, mühüm bir mərhələdir. Bu baxımdan onun yaradıcılığının araşdırılması, tədqiq olunması da ədəbi-bədii, fəlsəfi fikir tariximizin öyrənilməsi baxımından bir mərhələ yaradıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ədəbi-bədii, fəlsəfi fikir tariximizə, bütövlükdə mədəniyyətimizə olan qayğı Prezident İlham Əliyev tərəfindən uğurla və müvəffəqiyyətlə davam etdirilir. Belə ki, dövlətimizin başçısının 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə kütləvi tirajla nəşr olunub ölkə kitabxanalarına hədiyyə edilən əsərlər sırasında İmadəddin Nəsiminin əsərləri də özünə yer alıb. Bu böyük söz ustası ilə bağlı görülən əməli işlərin məqsədi ondan ibarət olub ki, mütəfəkkir şairin xatirəsi əbədiləşə bilsin və onun zəngin irsi gələcək nəslə çatdırılsın.

Dilçi alim qeyd edib ki, İmadəddin Nəsimiyə olan diqqət və qayğı göz qabağındadır. 1979-cu ildə Bakı şəhərində Nəsiminin heykəli ucaldılıb, şairə həsr olunmuş film çəkilib və bu filmdə onun bədii obrazı yaradılıb. Keçən dövr ərzində İmadəddin Nəsiminin xatirəsini əbədiləşdirmək istiqamətində görülmüş bir sıra işləri də qeyd etməmək mümkün deyil. Həmin işlər sırasında onun vəfatının 600 illiyinin 2017-ci ilin may ayında Parisdə UNESCO-nun baş qərargahında qeyd edilməsi, 2018-ci ilin sentyabr ayında Azərbaycanda Nəsimiyə həsr olunmuş şeir, incəsənət və mənəviyyat festivalının keçirilməsi təqdirəlayiq işlərdəndir. İmadəddin Nəsimi üçün 2019-cu il də əlamətdar bir ildir. Onun anadan olmasının 650 illiyi tamam olur. Əlbəttə, bu, ədəbi-mədəni fikir tariximiz üçün əlamətdar bir hadisədir. Odur ki, Azərbaycan Respublikasının Prezidenti bu əlamətdar hadisənin layiqli səviyyədə qeyd olunması məqsədilə hələ 2018-ci il noyabrın 15-də “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdı. Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir sıra tapşırıqlar verilmişdi. Təbii ki, müvafiq tədbirlər planının hazırlanması və həyata keçirilməsi ilə bağlı tapşırıqlar, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamı bir daha İmadəddin Nəsimi irsinin böyük əhəmiyyət kəsb etdiyini təsdiqləyir.

B.Xəlilov “Nəsimi ili”ndə dilçilərin, ədəbiyyatşünasların, filosofların görəcəkləri işlərlə bağlı maraqlı təkliflər də verib. “Birincisi, İmadəddin Nəsiminin qəzəl, qəsidə və rübailərinin lüğətini tərtib etmək klassik Azərbaycan dilinin zəngin olduğunu bir daha təsdiq etmiş olur. Daha doğrusu, İmadəddin Nəsimi dilinin izahlı lüğətini yazmaq bir zərurət kimi gündəmdə durur. Bununla da, İmadəddin Nəsimi şeirlərinin təkrar çap olunmuş nəşrlərindəki nöqsan və qüsurlar üzə çıxarılmaqla yanaşı, həm də ayrı-ayrı misraların, ifadələrin izahındakı ehtimallar da aradan qaldırılmış olar.

İkincisi, İmadəddin Nəsimi yaradıcılığındakı ən xarakterik şeir nümunələrinin bədii qiraətini ehtiva edən videoların hazırlanması təkcə onun deyil, həm də klassik ədəbiyyatın öyrənilməsinə yardım göstərə bilər. Bu qəbildən olan videolarda hər bir şerin məna və məzmunu açılmalı, oradakı çətin sözlər izahı edilməli, bununla da Nəsimi yaradıcılığının məntiqi və məzmunu dinləyicilərə çatdırılmalıdır.

Üçüncüsü, Azərbaycan dilinin ərəb və fars dilləri ilə mübarizədə qalib çıxması, dilimizin elm, ədəbiyyat dili kimi işlənməsi XIII-XIV əsrlərlə, yəni İzzəddin Həsənoğlu və İmadəddin Nəsimi kimi sənətkarların yetişməsi ilə bağlıdır. XIV əsr Azərbaycan ədəbi dilinin inkişafında xüsusi bir mərhələ olmaqla fərqlənir. Bu mərhələni Azərbaycan ədəbi dilinin inkişafında Nəsimi dövrü, Nəsimi mərhələsi adlandırmaq olar. Ona görə ki, Nəsimi Azərbaycan dilini yaşadığı əsrin (XIV əsrin) qabaqcıl fikir və arzularını ifadə edən yüksək dil səviyyəsinə qaldırdı. Nəticədə Azərbaycan dili ideallar uğrunda mübarizə aparan bir dilə çevrildi. Eyni zamanda, Azərbaycan dili dövrünün təbliğat və təşviqat dili olmaqla yanaşı, Nəsimi fəlsəfəsini müasirlərə və gələcək nəslə çatdırdı. Ancaq Nəsimi fəlsəfəsi, Nəsimi təfəkkürü indiyə qədər tam şəkildə açıqlanmayıb və aydınlaşmayıb. Hər şeydən əvvəl, o dövrün (XIV əsrin) tarixi, elmi, fəlsəfi həqiqətləri sadə və aydın izahını tapmayıb. Yaxşı olar ki, XIV əsrin iqtisadi, siyasi, tarixi, fəlsəfi həqiqətləri həm də tarixçilərin, filosofların, iqtisadçıların filoloqlarla birgə əməkdaşlığı sayəsində araşdırılsın. Belə olarsa, Nəsimi yaradıcılığı əsasında XIV əsrə aid iqtisadi, siyasi, fəlsəfi həqiqətlərə də geniş meydan açılacaq.

Dördüncüsü, Azərbaycan dilinin imkanları bu dildə gözəl sənət nümunələrinin yaranmasına, bədii əsərlərin yazılmasına zəmin yaradıb. Ancaq bununla belə, Azərbaycan dilinin imkanlarını təqdim edənlərin rolu az olmayıb. Azərbaycan dilinin imkanlarını təqdim edənlər sırasında İmadəddin Nəsimi, daha doğrusu, onun yaradıcılığı əvəzsiz rol oynayır. Odur ki, Nəsimi yaradıcılığının məcazlar sistemi işlənməli və bununla da XIV əsrin ədəbi-bədii təfəkkürünün səviyyəsi araşdırılmalıdır. Belə olan təqdirdə Azərbaycan dilinin elm, ədəbiyyat, fəlsəfə, siyasət dili kimi qaynaqlandığı mənbələr bir çox tarixi həqiqətlərə işıq salacaqdır.

Beşincisi, İmadəddin Nəsimi kimi qüdrətli sənətkarın yetişməsi səbəbini aydınlaşdırmaq bugünkü gəncliyə və gələcək nəslə daha çox lazımdır. Bu səbəbi bilməklə gənclik və gələcək nəsil Azərbaycan dilini sevəcək, qoruyacaq, inkişaf etdirəcəkdir. Ona görə də orta məktəblərdə Nəsimiyə aid mühazirələr, seminarlar, elmi-nəzəri konfranslar təşkil olunmalı və həyata keçirilməlidir”, - deyə professor bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir