Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Professor Dilarə Seyidzadə ilə Azərbaycan Xalq Cümhuriyyəti və milli mətbuatımızın təşəkkülü barədə söhbət

Bakı, 28 may, AZƏRTAC

XX əsrin əvvəlləri xalqımızın tarixində, milli mənlik şüurunun inkişafında, iqtisadi və intellektual potensialının artmasında xüsusi yer tutur. O dövrün başlıca yekunu Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması idi. AZƏRTAC-ın müxbiri Cümhuriyyətin 102-ci ildönümü ərəfəsində tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə həmsöhbət olub. Dilarə xanım həmin dövrün mətbuatı haqqında danışıb, atası Bağır Seyidzadənin AZƏRTAC-ın direktorunun müavini işlədiyi illəri, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə media ilə işin yeni çalarlar aldığını, müsbətə doğru necə dəyişdiyini xatırladıb. Müsahibəni təqdim edirik.

- Dilarə xanım, Siz Azərbaycan tarixinin XX əsrin əvvəllərinə aid dövrünün tədqiqatçılarından birisiniz. O illərin mətbuatını necə səciyyələndirərdiniz?

- Zənnimcə, o vaxt çap olunan qəzetlərin təkcə adlarını çəkmək kifayətdir: "Həyat", "İrşad", "Füyuzat", "Kaspi", "Azərbaycan"... Həmin qəzetlərin səhifələrində ictimai-siyasi, mədəni elitanın parlaq simalarının - Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyli və başqalarının ümummilli ideyalara köklənmiş, milli mənlik şüurun oyanmasına, maarifçiliyə xidmət edən məqalələri dərc olunurdu. 1905-ci ili haqlı olaraq milli siyasi mətbuatın təşəkkül dövrü hesab etmək olar. Ümumrusiya Müsəlmanları İttifaqının proqramını və nizamnaməsini isə Ə.Topçubaşov yazmışdı.

Azərbaycandan seçilmiş deputatlar Rusiya Dövlət Dumasında cəsarətlə çıxış edir, milli hüquq bərabərliyi, təhsil, aqrar və digər sahələrdə əsaslı dəyişikliklər aparılması tələblərini irəli sürürdülər. Ulu öndər Heydər Əliyevin həmin dövr barədə dediklərini xatırlayaq: "O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır".

- Azərbaycan Xalq Cümhuriyyətinin yadigarlarından biri də bu günlərdə 100 yaşı tamam olan Milli Teleqraf Acansıdır (AZƏRTAC). Bu barədə nə deyə bilərsiniz?

- Cümhuriyyət parlamentinin və hökumətinin önəmli xidmətlərindən biri də sözsüz ki, ilk milli xəbər agentliyinin yaradılmasıdır. AZƏRTAC ötən 100 ildə çox çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir yol keçib. Yarandığı vaxtdan bəri dövrün salnaməsini yazıb və bu gün də yazmaqda davam edir. Təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da mötəbər informasiya mənbəyi kimi tanınan agentlik cəmiyyətə hər zaman doğru-dürüst, qərəzsiz və operativ xəbərlər çatdırıb. Mediaya yaxın, bu sahəyə bələd olan bir şəxs kimi deyə bilərəm ki, AZƏRTAC-da bütün dövrlərdə istedadlı, təcrübəli jurnalistlər, bacarıqlı tərcüməçilər çalışıblar. Bu gün də belədir.

- Sizin ailəniz AZƏRTAC-la bilavasitə bağlı olub. Atanız - tanınmış ictimai xadim, diplomat və tərcüməçi Bağır Seyidzadə bir müddət agentlikdə direktorun müavini işləyib. O illərdən yaddaşınızda nələr qalıb?

- Bu, uzaq keçmişdə baş verib, üstündən az qala 60 il keçsə də, o illəri yaxşı xatırlayıram. Atam AZƏRTAC-da direktor müavini vəzifəsinə 1963-cü ildə təyin olunmuşdu. Agentliyin rəhbəri Yefim Qurviç deyirdi ki, Bağır Seyidzadə tərcümənin pulemyotçusudur. Tərcümədə səlis və çevik idi. Atam agentlikdəki işindən, sözün əsl mənasında, zövq alırdı. Səhərə yaxın, saat 4-5-də evə qayıdanda daxilən işıq saçırdı. Gecələr ona zəng edən, daim nə isə soruşan cavanlar çox xoşuna gəlirdi. Sübh tezdən ona edilən zənglərə görə mən narahatlıq keçirərdim, o isə deyərdi ki, bu zənglər çox mühüm məsələlərlə bağlıdır. Onu da deyim ki, həmin dövrün bir çox görkəmli jurnalistləri - İsrafil Nəzərov, Xasay Vəzirov, Nəsir İmanquliyev atamla bir yerdə "Gənc işçi" qəzetində ilk addımlarını atmış, uzun illər birgə işləmiş, məslək dostu olmuş və sıx əməkdaşlıq etmişdilər. Cəmil Əlibəyov həmişə deyirdi ki, Bağır Seyidzadə mənim müəllimimdir. Atamın nəzərində jurnalistika çox məsuliyyət tələb edən bir peşə idi. Deyirdi ki, əsl jurnalist həm tarixçi, həm filosof, həm iqtisadçı, ən başlıcası isə insanpərvər olmalıdır. Atam xatirələrdə jurnalist və diplomat kimi qalıb. Vəzifə onun üçün önəmli deyildi. Hara göndərirdilər, orada vicdanla işləyirdi. Həyatda qarşılaşdığı bütün çətinlikləri dəf etməkdə atama daim yazması, redaktə və tərcümə ilə məşğul olması kömək edirdi. Azad ruhlu insan idi. Çoxşaxəli fəaliyyətinə baxmayaraq, ömrünün axırınadək qəlbən jurnalist olaraq qaldı. 1965-ci ildə agentliyin 45 illik yubiley mərasiminə məni də aparmışdı. Tədbirin aparıcılığı atama həvalə olunmuşdu.

Hesab edirəm ki, AZƏRTAC atam üçün bir imdad ocağı oldu. Onu Fəxri xiyabandakı son mənzilinə məhz agentliyin kollektivi, Azərbaycanın görkəmli jurnalistləri, ictimai-siyasi xadimləri yola saldılar.

- Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə mediamızın inkişafında yeni mərhələ başlandı. Bildiyimizə görə, Ulu Öndərin dövlət səfərləri zamanı media ilə, jurnalistlərlə işi siz qururdunuz. Həmin səfərlər barədə rəsmi informasiyalar AZƏRTAC-ın kanalları ilə yayılır və əsas ağırlıq bu agentliyin üzərinə düşürdü. Azərbaycanda siyasi publisistika məhz Heydər Əliyev məktəbində formalaşırdı. O illəri necə xatırlayırsınız?

- Bilirsiniz, o illər əsl quruculuq illəri idi. Həyat sanki yenidən qurulurdu: özü də təkcə iqtisadi, siyasi sahələrdə deyil, həm də insan münasibətlərində hər şey təzələnirdi. Heydər Əliyev jurnalistlərə böyük qayğı ilə yanaşır, mətbuata açıqlığı ilə seçilirdi. AZƏRTAC isə bu sırada birinci idi. Ulu Öndərimiz dövlət siyasətinin informasiya təminatında AZƏRTAC-a üstünlük verir, ona etibar edirdi. Respublikada keçirilən dövlət tədbirlərində və xarici ölkələrə səfərlərdə bir qayda olaraq AZƏRTAC-dan Aslan Aslanov iştirak edirdi. Agentliyin bu seçimi təsadüfi deyildi. Çünki Aslan müəllim ona tapşırılan bu mühüm işə çox məsuliyyətlə yanaşır, gecə-gündüz bilmədən çalışırdı. Onun bu keyfiyyətləri, eləcə də jurnalist duyumu və peşəkarlığı səfərlərin işıqlandırılması və ictimaiyyətə operativ çatdırılması baxımından çox vacib idi.

O vaxtlar Azərbaycan mətbuatında dövlət başçısının fəaliyyətini işıqlandırmaq ənənəsi və təcrübəsi olmadığından Heydər Əliyevin müxbirlərlə hər söhbəti əsl jurnalistika dərsinə çevrilərdi. Azərbaycan tarixini dərindən bilən, siyasət ustadı və böyük natiqlik məharətinə malik olan Ulu Öndərin çıxışları, dövlət və hökumət başçıları ilə apardığı yüksək səviyyədə danışıqları fikrin ifadə tərzi, səlis və təmiz dili, aydın məntiqi baxımından siyasi publisistikanın bənzərsiz nümunələridir.

Biz hər dəfə səfərdən qayıdandan sonra AZƏRTAC ilə bir yerdə çalışır, Heydər Əliyevin çıxışlarını şifahi nitqdən yazılı mətnə çevirərək mətbuata, radio və televiziyaya göndərərdik. Onları oxucuya yubanmadan çatdırmaq üçün çox vaxt səhərədək işləyərdik. Ulu Öndərin jurnalistikaya, sözə və qələm əhlinə böyük hörməti vardı. Heydər Əliyevin siyasi kursunu uğurla və yaradıcı şəkildə davam etdirən Prezident İlham Əliyev də jurnalist əməyini çox yüksək qiymətləndirir. Bu baxımdan jurnalistlərlə görüşlərinin birində səsləndirdiyi fikri xatırlatmaq yerinə düşər: "Mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir".

- Dövlət səfərlərində bir tərəfdən protokol qaydalarına riayət etmək, digər tərəfdən isə çox sürətlə, çevik işləmək tələb olunurdu - bütün bunların öhdəsindən necə gəlirdiniz?

- Vaxtilə mən Azərbaycan Xalq Cümhuriyyətini quranların fəaliyyəti barədə məlumatları gecə-gündüz arxivlərdə çalışa-çalışa əldə etmişəm. Ulu Öndərlə işləyəndə isə qarşımda böyük siyasi xadimi və vətəndaşı, xalqının və ölkəsinin gələcəyini düşünən və onun daim müstəqil, suveren, azad yaşaması uğrunda bütün qüvvə və biliyini sərf edən, bu yolda hətta həyatını qurban verməyə hazır olan bir şəxsiyyəti görürdüm. Bu, mənim üçün əlavə güc, qüvvə mənbəyi idi.

Heydər Əliyevi bütün xalq sevirdi, dünyanın böyük siyasətçiləri onunla hesablaşırdı. Atdığı hər addım, dediyi hər söz çox maraqlı idi, ona görə də hamısını bircə-bircə qələmə alırdım. Bu cür qeydlər apardığım 60-a yaxın ümumi dəftərim var. Ulu Öndərlə işləyəndə başa düşdüm ki, tarixçi olmaq çox faydalıdır. Elə günlər olurdu ki, gecəni yatmayıb səhərədək işləyirdim. Lakin yorğunluq hiss etmirdim. Əsas odur ki, adam öz işini, seçdiyi yolu sevsin, belə olarsa, heç vaxt yorulmaz. O sevgini mənə həm atam, həm də dahi Heydər Əliyev bəxş edib. Bu gün Prezident İlham Əliyev "Mən hər bir azərbaycanlının Prezidentiyəm" deyir. Bu o deməkdir ki, o, hər bir azərbaycanlını, Azərbaycanın hər daşını, hər qarış torpağını sevir. Bu, çox böyük bir məsuliyyətdir.

- Siz gənclərlə görüşür, Ulu Öndərin irsini təbliğ edirsiniz. Onlara əsas tövsiyəniz nə olur?

- Böyük Allahın işidir ki, insanı yaradarkən bu torpağı ona əmanət edir. Bu məsuliyyəti, bu hikməti hər bir valideyn öz övladına aşılamalıdır. Heydər Əliyev "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" deyəndə hamı kövrəlirdi: özü də kövrəlirdi, biz də kövrəlirdik. Gənclərlə hər görüşdə deyirəm, görürsünüz, o necə kövrəlir. Çünki Azərbaycanı və xalqını qəlbən sevir. Niyə bu qədər sevir? Ona görə ki, Azərbaycanı tanıyır, onun tarixini bilir və bu gözəl, ulu torpaqda yaşayan hər bir insan onun üçün əzizdir.

Doğrudan da həyatda ən gözəl nemət və meyar bilikdir. Dönə-dönə valideynlərimizə rəhmət oxumalıyıq ki, bizim bilik qazanmağımıza şərait yaradıblar. Atam danışardı ki, 1918-ci ildə babam Mirqasım özünün və qardaşının ailəsini İrəvandan Tiflisə köçürəndən sonra övladlarının təhsilinə xüsusi diqqət yetirirdi. Eləcə də atam 1925-ci ildə Bakıya köçəndə onu burada kim tanıyırdı? Hər şeyə öz biliyi, zəhmətsevərliyi, ona tapşırılan işlərə məsuliyyətlə yanaşması sayəsində nail olmuşdu. Atam bizi tez-tez kinoya aparırdı, oxuduğumuz kitablar haqqında soruşurdu. Valideynlərimiz bizi həm sevir, həm də bilik qazanmağımız üçün tələbkarlıq göstərirdilər. Ailə səni sevə-sevə sənin gözlərinlə dünyaya baxır. Mənim uşaqlığımın xatirələri onunla bağlıdır ki, evimizdə valideynlərim arasında böyük sevgi, səmimiyyət, uşaqların tərbiyəsində çox böyük birlik var idi. Atam həmişə deyirdi ki, mənim dayağım mənim xanımımdır. Bütün bunların bizim tərbiyəmizə, həyat tərzimizə çox böyük təsiri olub.

Gənclərimizə daim bilik qazanmağı, öz üzərlərində çalışmağı tövsiyə edirəm. Bu gün Prezident İlham Əliyevin hər çıxışı Azərbaycan xalqı üçün bilik mənbəyidir. Xoşbəxt xalqıq ki, Heydər Əliyev kimi Ulu Öndərimiz olub, İlham Əliyev kimi Prezidentimiz var. Allah bu gözəl, ulu torpağımızı qorusun, hər birimizi qorusun.

- Maraqlı söhbət üçün təşəkkür edirik.

Gözəl Ağayeva

AZƏRTAC-ın müxbiri, filologiya üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir