Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Professor Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə-rusca izahlı kommunikasiya terminlər lüğəti” çapdan çıxıb

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə-rusca izahlı kommunikasiya terminlər lüğəti” çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, monoqrafiya müasir qloballaşan dünyada Azərbaycan Respublikasında xarici dillər tədrisinin təkmilləşməsi üçün dilçilik sahəsində mövcud olan kommunikasiya terminlərinin izahını nəzərdə tutur. Kommunikasiya terminləri və onların izahı müxtəlif sistemli dillərə aid olan Azərbaycan, ingilis və rus dillərində verilir.

Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə-rusca izahlı kommunikasiya terminlər lüğəti” müəllifin 20-ci monoqrafiyasıdır.

Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı dilçi alimlərimizin qarşısında mühüm vəzifələr qoyur. Professor Nigar Vəliyevanın hazırladığı lüğət bu baxımdan dilçilik elminə, tərcümə sahəsinə dəyərli töhfədir.

Dilçi alimin bu monoqrafiyada gördüyü mühüm işlərdən biri sözlərin mənasının izahı zamanı üç dilin çərçivəsi ilə məhdudlaşmayıb, ingilis dilinin Amerika variantına, fransız, yunan, ispan, italyan və latın dillərinə müraciət etməsidir. Digər tərəfdən isə dilimizdə işlətdiyimiz sözlərin məna çalarlarını və incəliklərini hər üç dildə geniş auditoriyaya çatdırmasıdır. Məsələn, bu gün “ambisiya” sözü yerinə düşdü-düşmədi çox işlədilir. Bu lüğətdə isə həmin sözün məna çalarları, həmçinin latın, ingilis dilinin Amerika variantı, fransız dilləri əsasında diqqətə çatdırılıb. Ambisiya (Lat. “ambition”, şöhrətbazlıq, məğrurluq, qürrə) – ambition (pointed vanity, Am. empleomania, Fr. amour-propre, the overspeed pretensions, a man’s expressiveness of the motives concerning an achievement of the championship, tendency to love of the fame, to get premium or any kind of reward, a honorary position in any kind of activity’s sphere) – амбиция (честолюбие, обостренное самолюбие, самомнение, завышенные претензии, выраженность в личности мотивов достижения первенства, стремление к славе, получению наград, к почетному положению в какой-либо области жизнедеятельности). Yaxud “efemizm” sözündə onun yunan variantı (Gr. “euphemisos” – “eu” – yaxşı, yumşaq tərzdə, “phemi” - danışıram) da diqqətə çatdırılıb. Lüğətdə yer alan əhatəli məlumatlar sözün leksik tutumu və işlək dairəsi haqqında aydın təsəvvür yaradır.

Monoqrafiyanın digər dəyərli cəhəti isə müəllifin müəyyən kommunikasiya terminləri ilə yanaşı, oxucuya hər üç dildə həmin terminlə bağlı ensiklopedik məlumatları çatdırmasıdır. Məsələn, kitabda amerikan kommunikasiya sosiologiyası - american sociology of communication – американская социология коммуникации, Birmingem məktəbi – Birmingham school – бирмингемская школа, Frankfurt məktəbi – Francfurt school – франкфуртская школа qarşılıqlarından sonra bunların nümayəndələri haqqında verilən məlumatlar oxucular üçün çox dəyərli mənbələrdir. Yaxud hamımızın istifadə etdiyimiz auditoriya, diaqnostika və digər sözlərin üç dildə əhatəli təhlili müəllifin hərtərəfli tədqiqat apardığını bir daha təsdiqləyir.

Kitabda yer alan informasiologiya, informasiya, informasiya cəmiyyəti, informasiya cəmiyyətinin nəzəriyyəsi, informasiya marketinqi, informasiya məkanı, informasiya mübadiləsi, informasiya mühiti, informasiya sistemi, informasiya təhlükəsizliyi, informasiya yayılmasının qlobal problemləri, informasiyanın “dördüncü dalğası”, informasiyanın horizontal (üfüqi) ötürülməsi, informasiyanın seçimi, informasiyanın sosial məzmunu, informasiyanın şaquli ötürülməsi terminlərinin hər üç dildə məzmunlu izahı müəllifin yaşadığımız informasiya əsrində aktual məsələləri diqqətdə saxladığını göstərir. Eləcə də kommunikasiya ilə bağlı ani kommunikasiya, audiovizual kommunikasiya, beynəlxalq kommunikasiya, bədii kommunikasiya, bərpa edən kommunikasiya, böhranlı kommunikasiya, eksklüziv kommunikasiya, ekspressiv kommunikasiya, elmi kommunikasiya, etiraz məzmunlu kommunikasiya, fəal kommunikasiya, xarici kommunikasiya(lar), ictimai kommunikasiya, ictimai olmayan kommunikasiya, istehsal kommunikasiyası, koqnitiv kommunikasiya, kompilyativ kommunikasiya, küçə kommunikasiyası və digər terminlərin izahı alimin müstəqil ölkəmizin geniş auditoriyası üçün dəyərli iş gördüyünü təsdiq edir.

Qeyd edək ki, bu kitabda, həmçinin dilçilik (məsələn, deyksis, dil daşıyıcısı, dilin sosial təbiəti), musiqi və incəsənət (bekvokal, çarleston, fan, fri-caz, hit-parad, kollaj) və digər sahələrlə bağlı da müəyyən söz və ifadələrin izahı yer alıb.

Professor Nigar Vəliyeva həm də təcrübəli pedaqoqdur. Elmin sirlərini gənc nəsildən əsirgəməyən alimin hər kitabı onun tələbələri üçün də bir qiymətli mənbədir.

Kitab müəllim və tələbələrə elmi-metodiki kömək məqsədilə yazılıb. Halbuki elmi əsərdən təhsil işçiləri, dil mütəxəssisləri, ali məktəb tələbələri - bakalavr və magistrlər, doktorant və dissertantlar, beynəlxalq münasibətlərin nəzəri əsasları ilə maraqlananlar, ümumiyyətlə, geniş oxucu auditoriyası istifadə edə bilər.

Monoqrafiya linqvokulturologiya, sosiolinqvistika, linqvodidaktika, leksikologiya, müqayisəli tipologiya, pedaqogika, psixologiya, üslubiyyat, praqmatika, məntiq, ölkəşünaslıq sahələri ilə maraqlanan mütəxəssislər, oxucular üçün faydalı mənbə ola bilər.

Nəşrin baş redaktoru AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu, elmi redaktoru AMEA-nın Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovadır.

Professor Nigar Vəliyeva 2011-ci ildən Avropa Linqvistik Cəmiyyətinin üzvüdür. O, bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. Nigar Vəliyevanın elmi əsərləri ABŞ, Rusiya, Braziliya, Polşa, İspaniya, Rumıniya, Fransa, Gürcüstan və Kanadada, habelə ölkəmizin bir sıra nüfuzlu beynəlxalq elmi-nəzəri-metodik jurnallarında çap edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz da praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Dövlət Komissiyası: Cari il yanvarın 1-dək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib