DÜNYA
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
![Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb](/files/2024/2/1200x630/17147390661769414190_1200x630.jpg)
Bakı, 3 may, AZƏRTAC
Konqo Demokratik Respublikasının Şimali Kivu əyalətinin paytaxtı Qoma yaxınlığında köçkünlərin olduğu Muqunqa düşərgəsində bombanın partlaması nəticəsində azı on nəfər həlak olub.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə şahidlərinin məlumatına görə, daha 17 nəfər yaralanıb. Onların arasında uşaqların da olduğu bildirilir. Yaralılar Beynəlxalq Qızıl Xaç Komitəsinin cərrahiyyə qrupunun yerləşdirildiyi Bethesda CBCA Ndosho xəstəxanasına aparılıb.
Şimali Kivu əyalət hökuməti itkiləri rəsmi olaraq açıqlamasa da, hücumun arxasında 23 Mart Hərəkatı (M23) üsyançılarının olduğunu ehtimal edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [20:22]
Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir
- 02.07.2024 [19:14]
Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var
- 02.07.2024 [18:20]
Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb
- 02.07.2024 [18:07]
Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb
- 02.07.2024 [18:06]
Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir
- 02.07.2024 [17:42]