SİYASƏT
QAÇQINLAR ÖLKƏMİZİN BAŞÇISININ SİYASƏTİNİ BƏYƏNİR VƏ DƏSTƏKLƏYİRLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən toplantıda rayon icra hakimiyyətinin başçısı Sahib Əkbərov, ağsaqqallardan Əvəz Qurbanov, Mail Məmmədov və başqaları çıxış edərək Dövlət Neft Fondunun, beynəlxalq humanitar təşkilatların vəsaiti hesabına qaçqın və məcburi köçkün ailələri üçün yeni qəsəbələr salındığını, müasir tipli evlər tikildiyini diqqətə çatdırmış, bütün bunları ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri kimi qiymətləndirmişlər. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu siyasi kursun uğurla və məqsədyönlü şəkildə davam etdirildiyini bildirən natiqlər dövlətimizin başçısının bu sahədə olan son sərəncamının əhəmiyyətindən danışmışlar.
Sonda toplantı iştirakçıları adından dövlətimizin başçısına minnətdarlıq məktubu ünvanlanmışdır.