Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

QADINLAR, ANALAR MÜSAVATÇILARIN VƏ ONLARIN TƏRƏFDARLARININ VANDALİZM HƏRƏKƏTLƏRİNİ LƏNƏTLƏYİRLƏR

BU FİKİR QADIN PROBLEMLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN OKTYABRIN 17-DƏ RƏŞİD BEHBUDOV ADINA MAHNI TEATRINDA KEÇİRDİYİ YIĞINCAQDA DÖNƏ-DÖNƏ SƏSLƏNMİŞDİR

Komitənin sədi ZƏHRA QULİYEVA yığıncağı açaraq, XXI əsrdə Azərbaycanda keçirilmiş ilk prezident seçkilərində Baş nazir İlham Əliyevin böyük üstünlüklə qalib gəlməsi münasibətilə bütün qadınları təbrik etdi. O bildirdi ki, seçkilərin belə müvəffəqiyyətlə, yüksək səviyyədə başa çatmasında həm dövlətimizin, həm də xalqımızın böyük rolu olmuşdur. Demokratik yolla inkişaf edən ölkəmizdə seçkilərdə xalqımızın böyük mütəşəkkilliklə iştirak etdiyini görəndə ürəkdən sevindik. Çünki həmin gün dünya dövlətlərinin də nəzəri bizə yönəlmişdi. Çox şükürlər olsun ki, xarici müşahidəçilərin də təsdiq etdikləri kimi, ölkəmizdə prezident seçkiləri yüksək səviyyədə keçdi və bu, Azərbaycanda demokratiyanın bərqərar olduğunu bir daha göstərdi. Ancaq unutmayaq ki, seçkilərin belə müvəffəqiyyətlə keçməsi, ilk növbədə, Prezident Heydər Əliyevin rəhbərliyi ilə son dövrdə görülən nəhəng işlərin məntiqi nəticəsidir.

Z.Quliyeva dedi ki, Prezident seçdiyimiz İlham Əliyevin fəaliyyəti hamımızın gözü qarşısındadır. Onun Azərbaycanı Avropa Şurasında necə təmsil etdiyini yaxşı xatırlayırıq. Amma vaxtilə bizim müxalif qüvvələr həmin qurumun ünvanına məktublar yazırdılar ki, Azərbaycanı Avropa Şurasına qəbul etməyin, burada demokratiya yoxdur. İlham Əliyev isə Avropa Şurasının Ermənistanı işğalçı dövlət kimi tanımasına nail oldu. İndiki seçkilərdə onun qələbəsinin səbəblərindən biri də budur.

Komitənin sədri daha sonra xatırlatdı ki, oktyabrın 15-də, hələ seçkilərin nəticələri elan olunmamış, Müsavat Partiyasının qərargahı qarşısında müxtəlif küt alətlərlə silahlanmış insanlar toplaşaraq münaqişə yaratdılar. Polis işçiləri onların hərəkətlərinə çox təmkinlə yanaşırdılar. Ancaq onlar getdikcə azğınlaşırdılar və hətta Mərkəzi Seçki Komissiyasına basqın etmək istədilər.

Oktyabrın 16-da isə müsavatçılar və tərəfdarları Bakının mərkəzində əsl vandalizm törətdilər. Televiziya kanallarında bu vəhşiliyi hamımız gördük. Azğınlaşmış adamlar qarşılarına çıxan hər şeyi dağıdır, sındırırdılar. Görünür, bunda biz qadınların da günahı az deyildir. Çünki bu hadisələrin iştirakçıları olan gəncləri biz qadınlar böyütmüşük. Yəqin ki, onların heç də hamısına dövlətə, vətənə, xalqa məhəbbət aşılaya bilməmişik. Axı, onların ayaqları altında qalan uşağın günahı nə idi? Cavan əsgəri ayaqlar altına salıb əzişdirmək, polis işçisini, müxbiri amansızcasına döymək nə deməkdir? Bu, nə biabırçılıqdır! Bu, nə mədəniyyətsizlikdir! Axı, biz azərbaycanılıların özümüzə məxsus mədəniyyətimiz, adət-ənənəmiz var. Onların bu hərəkətləri xalqımızın adına böyük ləkədir. Müsavat qüvvələri bu hərəkətləri ilə xalqımızı alçaldırlar. Biz qadınlar onların bu vandalizminə öz münasibətimizi bildirməliyik, bu hərəkətlərə biganə qala bilmərik. Biz zorla hakimiyyətə gəlmək istəyənləri lənətləyirik. Bu hadisələri törədən partiyaların rəhbərləri, ilk növbədə, Müsavat Partiyasının sədri İsa Qəmbər məsuliyyət daşımalıdır. Möhtərəm Prezidentimizin, bir çox görkəmli insanlarımızın ünvanına nalayiq sözlər yazan “Yeni Müsavat” qəzetinin təhqirlərinə, iftiralarına nə qədər dözmək olar? Əlaqədar təşkilatlardan xahiş edirik həmin partiyaların rəhbərləri cəzalandırılsın. Birinci növbədə, İsa Qəmbər ciddi şəkildə cəzalandırılsın, təsisçisi olduğu “Yeni Müsavat”qəzeti bağlansın, onun baş redaktoru Rauf Arifoğlu məsuliyyətə cəlb edilsin. Azərbaycana belə müxalif partiya lazım deyildir.

Nəsimi rayon “Sevil” Qadınlar Məclisinin sədri ZƏRİFƏ QULİYEVA çıxışında dedi ki, dünya dövlətləri Azərbaycanda seçkilərin normal keçirildiyini etiraf etdikləri halda, bəzi müxalif qüvvələr bu reallıqla razılaşmayaraq, cəmiyyətimizi vətəndaş qarşıdurmasına sürüklədilər. Xalqın inamını qazanmayan müxalifətin məğlubiyyəti inkarolunmaz həqiqətdir. Bu həqiqətlə barışmayan Müsavat Partiyasının və onların öyrətdikləri adamların qarşıdurma yaratmaları bir daha göstərdi ki, hakimiyyətin opponentləri xalqın iradəsi ilə hesablaşmaq istəmirlər. Çünki onların mövqeyi xalqa deyil, özlərinin şəxsi mənafelərinə xidmət edir. Sivil yolla hakimiyyətə gələ bilməyəcəklərini əvvəlcədən duyan müxalifət hay-küylə cəmiyyətin diqqətini cəlb etməyə calışdı, cinayət törətdi.

Biz hüquq-mühafizə orqanlarının ictimai asayişin təmin edilməsi istiqamətində fəaliyyətini dəstəkləyirik. Onlardan tələbimiz budur ki, insanların şərəf və ləyaqətlərini təhqir etməyi özünə peşə seçən və xalqın dinc yaşamasına, işləməsinə mane olan dağıdıcı müxalif qüvvələr, ilk növbədə, müsavatçıların başqanı İsa Qəmbər barədə müvafiq tədbirlər görülsün.

”Neftçi” Qadınlar Məclisi idarə heyətinin üzvü XANIMANA TALIBOVA dedi ki, mən hələ də mütəşəkkil keçmiş seçkilərin təsiri altındayam. Lakin çox təəssüf edirəm ki, Müsavat Partiyasının təhriki ilə oktyabrın 15-16-da törədilən vəhşiliklər, vandalizm bizim əhvalımızı korladı. Axı, sadəlövh kütləni iğtişaşa təhrik etməkdən başqa bir şey deyildir. İsa qəmbərlər bilməlidirlər ki, belə alçaq hərəkətlərlə heç vaxt xalqın etimadını qazanmaq olmaz. Onlar niyə başa düşmürlər ki, xalq onların hakimiyyətini yaxşı xatırlayır. Onların törətdikləri qarşıdurmaları, qardaş qanının axıdılmasına şərait yaratdıqlarını biz heç vaxt unuda bilmərik. Ar olsun isa qəmbərlərə!

Xalq artisti İLHAMƏ QULİYEVA çıxışında vurğuladı ki, İlham Əliyev dünya şöhrətli Heydər Əliyevin ailəsində böyük bir məktəb keçmişdir və dünyada ən cavan prezidentdir.

Müsavat Partiyasının təhriki ilə törədilən vəhşiliklərdən söz açan müğənni dedi ki, mən o tərbiyəsizlərin adını çəkmək istəmirəm. Sadəcə deyirəm ki, gəlin onları dünya ictimaiyyətinin mühakiməsinə verək. Qoy, insanlar, xalqımız onları mühakimə etsin. Nəhayət deyirəm ki, qoy, onları Allah özü mühakimə etsin. Qoy, onlar Allahın qarşısında cavab versinlər ki, belə müqəddəsliyə ləkə gətiriblər. Onlar bizim xoşbəxtliyimizi əlimizdən almaq istəyirdilər.

Ürəyimdə bir arzum var: cənab Heydər Əliyev tezliklə sağalıb Vətənə dönsün.

Təhsil nazirinin müavini İRADƏ HÜSEYNOVA da Baş nazir İlham Əliyevin seçkilərdə böyük üstünlüklə qalib gəldiyini vurğulayaraq bildirdi ki, biz müstəqilliyimizi, sabitliyimizi böyük zəhmətlər bahasına əldə etmişik. Razı ola bilmərik ki, Heydər Əliyevin xalqımıza bəxş etdiyi sabitliyi kimsə pozsun, biz onu göz bəbəyimiz kimi qorumalıyıq.

Seçkilərdən sonra Müsavat Partiyasının çağrışı ilə küçələrə çıxmış nadan adamların törətdikləri vəhşilikləri televiziya ekranlarından izlədik. İsa Qəmbərov, yaxud İsa Qəmbər - bilmirəm, onun adını necə çağıraq, - barədə heç vaxt demək olmaz ki, o, xalqını istəyən adamdır. 1993-cü il hadisələri ilə bağlı Etibar Məmmədov Milli Məclisin iclasında onun üzünə dedi ki, sənin əlin qana batıbdır. Bu, həmin İsadır. Yenidən əlini qana batırdı. Bəs, niyə o vaxt onların heç birinin burnu da qanamadı. Biz qadınlar isa qəmbərlərin və onun tərəfdarlarının xalqa qarşı törətdikləri hərəkətləri lənətləyirik. Mən də burada səslənən fikirlərlə razıyam ki, Müsavat Partiyasının fəaliyyətini qadağan etmək lazımdır. İsa Qəmbərin təsisçisi olduğu “Yeni Müsavat” qəzetini bağlamaq lazımdır. Ümumiyyətlə, oktyabrın 15-16-da baş vermiş hadisələrlə bağlı ciddi tədbirlər görülməlidir.

Şamama Ələsgərova adına doğum evinin baş həkimi İMMİ ƏLƏKBƏROVA dedi ki, budəfəki prezident seçkiləri ilə Azərbaycan xalqı bütün dünyaya demokratik inkişaf yolunda olduğunu sübut etdi. Amma çox təəssüf ki, bayram əhval-ruhiyyəli həmin gündə dağıdıcı müxalifət - adını nifrətlə çəkdiyimiz Müsavat Partiyası, onun lideri İsa Oəmbər, tərəfdarları ölkəmizdə bərqərar olan sabitliyi pozmağa cəhd göstərdilər. Küçələrdə iğtişaşlar, qarşıdurmalar törətdilər.

Mən Müsavat Partiyasına üzümü tutub hamınızın ürəyindən keçən sualı verib bir qadın, ana kimi, həkim kimi soruşmaq istəyirəm: tapdaq altında qalan o uşağın günahı nədir? 18 yaşlı gəncin günahı nədir? Ar olsun sizə!

Bu günkü toplantıda müxtəlif qurumlardan nümayəndələr iştirak edirlər. Mən sizin adınızdan, kollektivimiz adından hüquq-mühafizə orqanlarından xahiş, tələb edirəm ki, cinayətkarlar öz cəzalarını alsınlar, “Yeni müsavat” qəzeti bağlansın.

M.Ə. Sabir adına Pedaqoji Kollecin direktoru NURLANƏ ƏLİYEVA dedi ki, biz yeni Prezidentimizin elan olunduğu günü elə bir sevinclə qeyd etməliyik ki, uzun illər yadda qalsın.

Bu gün isə buraya yığılmağımızın səbəbi tamam başqadır. Biz cəmiyyətimizdə çaxnaşma yaratmaq istəyən, qan-qada ilə, körpə balalarımızı, gəlinlərimizi, oğlanlarımızı, polis və əsgərlərimizi ayaqları altına alıb hakimiyyətə gəlmək istəyən Müsavat Partiyasının sədri İsa Qəmbərə, onun tərəfdarları İqbal Ağazədəyə, Sərdar Cəlaloğluna və cinayətlərdə əli olan digərlərinə layiqli cəza verilməsini tələb etməyə yığışmışıq. Ona görə ki, onlar gənclərimizin beynini zəhərləyirlər, yağlı vədlər verməklə yoldan çıxarırlar.

Sabunçu rayonunun icra hakimiyyəti başçısının müavini CƏMİLƏ RAMAZANOVA bildirdi ki, seçkinin axırına yaxın bizim rayondakı seçki məntəqələrində Müsavat Partiyasından olan müşahidəçilərə zəng edib tapşırıq verilmişdi ki, protokollara qol çəkməsinlər, tez şəhərə qayıtsınlar. Çünki onlar artıq uduzduqlarını bilirdilər. Kimdir İsa Qəmbər, kimdir Rauf Arifoğlu? Onların qəzeti xalqı təhqir etməkdən başqa ayrı şey bilmir. Mən hüquq mühafizə orqanlarından çox xahiş edirəm ki, onların barəsində ciddi ölçü götürsünlər. Cavanları qızışdırıb meydana çıxardıqları üçün onlar mütləq cavab verməlidirlər. Ar olsun İsa Oəmbərə, İqbal Ağazədəyə! Mən onlara nifrət edirəm. Onlar ölkəmizin, xalqımızın düşmənləridir.

Zəngilan rayonundan məcburi köçkün Bakıdakı 193 nömrəli məktəbin müəllimi BALAXANIM ƏLİYEVA dedi ki, mən məktəbdəki 16 saylı məntəqədə müşahidəçi idim. Seçicilərin fəallığını görən müsavatçı müşahidəçilər saat 13.00-da münaqişə yaratdılar. Seçkidən sonrakı hadisələr - oktyabrın 15-16-da törədilən vəhşiliklər bizi kədərləndirdi. Mən də burada çıxış edənlərə qoşularaq deyirəm ki, günahkarlar cəzalanmalıdır.

132 nömrəli məktəbin direktoru ALİYƏ TƏHMASİB bildirdi ki, İsa Qəmbər televiziya vasitəsilə müəllimlərə müraciət edərək əmək haqlarınızı nə bilim nə qədər artıracağını, təhsilimizə kömək edəcəyini söyləyirdi. Ondan soruşuram: sənin qayğın bu idimi ki, gəncləri küçələrə çıxarıb yenə qan tökdün. Sizin bu yalanlarınız keçməyəcək. Çünki biz sizi yaxşı tanıyırıq. Müsavat Partiyası, onun qəzeti bağlanmalıdır. O körpə uşağı ayaqlar altına qoyanlar, onların təhrikçiləri gərək cinayət məsuliyyətinə cəlb olunsunlar.

Bülbül adına orta musiqi məktəbinin direktoru NİGAR CƏRULLAQIZI vurğuladı ki, bu gün paytaxtımız təmizdir, yaraşıqlıdır, fəxr edirik ki, belə şəhərimiz var. Seçkilərdən sonra mənim Bakımı gözümün qabağında dağıdırdılar. Binaların şüşələrini sındırır, maşınları əzirdilər. Ey daşı-daş üstə qoymayanlar, kim sizə haqq verib ki, belə vəhşilik edəsiniz!

Freydin kütlə nəzəriyyəsi var: bu nəzəriyyəyə görə şəxsiyyət olmayan insanları həmişə özünü şəxsiyyət adlandıran hansısa biri istiqamətləndirməyə başlayır. Həmişə qorxaqlar kütlə şəklində bir qüvvə olurlar. Bax, isa qəmbərlər də həmin qüvvədən istifadə edib belə iğtişaşlar yaradırlar. Sonra həmin kütlənin üstündən xətt çəkirlər, hərə öz vəzifəsini gedib tutur.

Laçın rayonundan məcburi köçkün, şəhid anası RAYA ALIŞANOVA dedi ki, quduzlaşmış müsavatçılar Azadlıq meydanında maşını əsgər balalarımızın üstünə sürəndə az qaldı həyəcandan ürəyim partlasın. Nəyə görə belə olmalıdır? Həmin vəhşiləşmiş cavanların analarına müraciət edirəm: Niyə onlar öz övladlarının belə adamlara qoşulmasına icazə verirlər? 20 faiz torpağı işğal olunmuş Azərbaycanda belə dağıdıcı müxalifət mövqeyində dayanmaq kimə lazımdır?

X X X

Yığıncaq iştirakçıları Müsavat Partiyasının dağıdıcı əməllərinə etiraz bildirən bəyanat qəbul etdilər. Bəyanatda deyilir:

- Xeyli müddət idi ki, Azərbaycan böyük tarixi hadisə - prezident seçkiləri ərəfəsində idi. Seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün hər bir azərbaycanlı öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirmək əzmi ilə bu əlamətdar günə hazırlaşırdı.

Oktyabrın 15-də respublikamızın vətəndaşları özlərinin və övladlarının sabahına - taleyini etibar etdikləri liderinə səs verdilər və haqq qalib gəldi! Xalqın yekdil rəyi və böyük sevgisi ilə Azərbaycanın ən ləyaqətli oğlu İlham Əliyev ölkə prezidenti olmaq üçün 80 faiz səs qazandı. Bu mühüm hadisəni bayram etməyə hazırlaşan xalq tamamilə başqa bir vəziyyətlə üzləşməli oldu: oktyabrın 15-16-da iğtişaşlar başlandı. Dinc əhalinin rahatlığı pozuldu. Torpaqlarımızı qoruyan əsgər balalarımız təzyiqə, zorakılığa və hücumlara məruz qaldılar. Öz peşə borclarını yerinə yetirən polis işçiləri, hərbi qulluqçular, habelə mülki əhali arasında ağır yaralananlar və ölən oldu. Zərərçəkənlər arasında körpə uşaq və qadınlar var.

Son zamanlar gündən-günə abadlaşması, yollarının səliqə-sahmanı ilə fəxr etdiyimiz Bakımızın gözəlliyi cəmi bir saatın içində məhv olurdu.

Azğınlaşmış müxalifət öz düşünülməmiş hərəkətləri ilə xalqı çaşdıraraq, bizi bir neçə saatlığa da olsa, 1990-cı illərin əvvəllərinə qaytardı, bir elin övladlarını qarşı-qarşıya qoydu. Məğlubiyyətdən sonra hisslərini cilovlaya bilməyən radikal meylli dəstələr prezident seçkilərinin nəticələrini gözləmədən insanları iğtişaşa sövq etdi.

Biz Azərbaycan anaları yaxşı bilirik ki, beynəlxalq təşkilatlardan və xarici ölkələrdən mindən artıq nümayəndənin müşahidə etdiyi seçkilər şəffaf, ədalətli və dünya standartlarına uyğun səviyyədə keçmişdir. Xalq demokratiya yolu ilə özünün yeganə seçimini etmişdir.

Buna görə də tələb edirik ki, xalqın dincliyini, rahatlığını pozan, onu təhlükəyə sürükləyən Müsavat Partiyası, respublika rəhbərlərinin və ümumiyyətlə, mötəbər şəxslərin ünvanına böhtan, şər xarakterli yazılar dərc edən “Yeni Müsavat” qəzeti bağlansın.

Bu gün gəncləri dağıdıcı əməllərə, cinayətə təhrik edən, qardaş qanı tökülməsinə səbəb olan, xalqımızın bayram gününü matəmə çevirməyə çalışan, öz xalqına qarşı düşmən mövqeyi tutan İsa Qəmbərin və onun məsləkdaşlarının ədalət məhkəməsi qarşısında cavab vermələrini bütün Azərbaycan qadınları, analar, bacılar adından tələb edirik.

Kor olub bu günümüzün gözəlliyini, rahatlığını görməyən, pis əməlləri nəticəsində şüurlarını itirib ruhi xəstə halına düşmüş müsavatçılara ar olsun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib