MƏDƏNİYYƏT
QALİBLƏRİ QİYMƏTLİ MÜKAFATLAR GÖZLƏYİR
Martın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Gənclər, İdman və Turizm Nazirliyinin təşkil etdiyi 3-cü respublika folklor musiqisi festival-müsabiqəsinin final mərhələsi olacaqdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 7 yaşından 16 yaşınadək uşaqlar və yetiyetmələr arasında keçirilən festivaldan məqsəd gənc istedadların aşkar edilməsi, onların müvafiq dövlət qayğısı ilə təmin olunması və xalq yaradıcılığının təbliğidir. Festival 3 mərhələdə, musiqi alətlərində kollektiv ifa, kollektiv rəqs və solo vokal ifası nominasiyaları üzrə keçirilir.
Rayon və zona mərhələlərinin qalibləri finalda çıxış etmək hüququ qazanmışlar. Finalda ilk 3 yeri tutanlara nazirliyin təsis etdiyi diplomlar, qiymətli mükafatlar, şəhadətnamələr təqdim olunacaqdır.