QARDAŞLIQ VƏ DOSTLUQ DAHA DA MÖHKƏMLƏNƏCƏK
AzerTAg.az
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə Türkiyənin Baş naziri Tansu Çillər arasında, səmimilik və mehribanlıq şəraitində keçən görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi məsələləri barədə ətraflı söhbət aparıldı.
Görüşdə Çeçenistan hadisələri ilə əlaqədar iqtisadi blokada vəziyyətində qalan respublikamızın mövcud çətinliklərindən də bəhs edildi. Xanım Tansu Çillər bu məsələlərə xüsusi maraq göstərdi.
Heydər Əliyev və Tansu Çillər ATƏT-in Budapeşt zirvə toplantısında çoxmillətli sülhü mühafizə qüvvələrinin yaradılması və münaqişə bölgəsinə göndərilməsi barədə qəbul olunmuş qətnaməni yüksək qiymətləndirdilər və böyük sülh sazişinin əldə edilməsi üçün görülən tədbirlər barədə fikir mübadiləsi apardılar.
Tansu Çillər dost və qardaş Azərbaycan xalqına səmimi salamını çatdırmağı Azərbaycan Prezidentindən xahiş etdi.
Xəbərin mətnində orfoqrafik səhv var