MƏDƏNİYYƏT
QARDAŞ ÖLKƏNİN QİYMƏTLİ HƏDİYYƏSİ
Xəbər verdiyimiz kimi, Türkiyə Respublikasının Mədəniyyət Nazirliyi orta əsrlərdə yaşamış görkəmli Azərbaycan alimi Seyid Yəhya Bakuvinin 23 elmi əsərinin kserosurətini və mikrofilmlərini “Şirvanşahlar Sarayı Kompleksi” dövlət tarixi-memarlıq qoruq-muzeyinə göndərmişdir. “Mənazilül aşiqin” əsərinin əlyazmasının surətində Seyid Yəhyanın şəxsi möhürü aşkar edilmişdir.
Respublikamızın Mədəniyyət Nazirliyinin mətbuat mərkəzindən bildirmişlər ki, qardaş ölkənin Mədəniyyət Nazirliyi bu günlərdə Azərbaycan aliminin daha 7 əsərinin mikrofilmini muzeyə bağışlamışdır.
Bu hədiyyələr Azərbaycan və Türkiyənin mədəniyyət nazirlikləri arasında sıx əməkdaşlığın və səmimi dostluğun daha bir nümunəsidir və xalqımızın orta əsr tarixinin tədqiqatçıları üçün faydalı olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:37]
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
- 26.04.2024 [21:30]
Yelena Haqverdiyeva – rəssam və ilham pərisi
- 26.04.2024 [18:02]
AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib
- 26.04.2024 [17:51]
Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub
- 26.04.2024 [17:46]