QASIRĞADAN ZƏRƏR ÇƏKƏNLƏRƏ YARDIM GÖSTƏRİLİR
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ötən həftə Daşkəsən, Gədəbəy və digər bölgələrdə güclü qasırğadan zərər çəkənlərə yardım üçün tədbirlər görür.
Cəmiyyətin fövqəladə hallar idarəsi zərər çəkmiş 50 ailəyə yardım göstərmək üçün Daşkəsən və Gədəbəy rayonlarına mobil könüllü dəstə yollamışdır.
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, yardımın ümumi məbləği 102,5 milyon manat dəyərindədir.