QAZAXISTANIN İNTERNET NƏŞRİNDƏ BAKININ MÜASİR SİMASI BARƏDƏ MƏQALƏ DƏRC OLUNMUŞDUR
Müəllif “Həmişəcavan qədim şəhər” kimi səciyyələndirdiyi Bakıya səfəri ilə bağlı təəssüratlarını oxucularla bölüşür. O, paytaxtımızın misilsiz arxitekturasına, bakılıların səmimiliyinə və qonaqpərvərliyinə heyran qaldığını gizlətmir. Onun sözlərinə görə, bakılılar çox xeyirxah və nurlu adamlardır.
Mixail Pak şəhərimiz haqqında təəssüratlarını belə yekunlaşdırır: ”Bakı qonaqpərvər, mədəni və çılğın şəhərdir. Onu yalnız bir kəlmə ilə səciyyələndirmək olmaz, buna görə də Bakını bir daha ziyarət etmək qərarına gəlmişəm. Pasajdakı küçə müğənnisinin nəğmələrini dinləmək, qədim şəhərin dar küçələrini dolaşmaq və Bakı bulvarından paytaxtın gecə mənzərəsinin seyrinə dalmaq üçün oraya qayıdacağam. Çünki bu şəhəri ikinci dəfə ziyarət etməyə dəyər”.