DÜNYA


QAZAXISTAN PREZİDENTİ BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNƏ GETMİŞDİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev yanvarın 18-də Birləşmiş Ərəb Əmirliklərinə getmişdir. Səfər zamanı o, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti şeyx Zaid bin Sultan Al Nəhəyyan ilə danışıqlar aparacaqdır. Tərəflər iki ölkə arasında əməkdaşlıq məsələlərini, habelə regional və beynəlxalq inkişaf problemlərini müzakirə edəcəklər.

Prezident Nursultan Nazarbayev Qazaxıstanın sərmayə imkanlarına həsr olunmuş seminarda da çıxış edəcəkdir. Seminar Əbu-Dəbinin Ticarət-Sənaye Palatasının himayəsi ilə keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.