CƏMİYYƏT


QHT-lərə Dövlət Dəstəyi Şurası ilə USAID arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Caydev Sinqx və qurumun idarəçilik və iqtisadi dayanıqlıq şöbəsinin direktoru xanım Aylin Şivan Louleslə görüşüb.

Şuranın Katibliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə USAID və Şura arasında əməkdaşlıq məsələləri, eləcə də QHT sektorunun inkişafına xidmət edən birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.