İQTİSADİYYAT
QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN MƏLUMATI
2002-ci ilin 9 ayı ərzində Milli Depozit Mərkəzi tərəfindən aşağıdakı işlər görülmüşdür:
-137 (yüz otuz yeddi) emitent ilə qiymətli kağızların saxlanması və reyestrin aparılması üzrə xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır;
-qiymətli kağızların girov qoyulması üzrə 4 (dörd) müqavilə bağlanmışdır;
-7 478 050 (yeddi milyon dörd yüz yetmiş səkkiz min əlli) ədəd səhm üzrə (nominal üzrə dəyərləri – 72 058 596 000 (yetmiş iki milyard əlli səkkiz milyon beş yüz doxsan altı min manat) 3061 (üç min altmış bir) alqı-satqı əqdi qeydiyyata alınmışdır;
-dövlət özəlləşdirmə opsionlarının deponentləşdirilməsinə dair 14 (on dörd) müqavilə bağlanmışdır;
-dövlət özəlləşdirmə çeklərinin saxlanması üzrə 16 (on altı) müqavilə bağlanmışdır;
-dövlət özəlləşdirmə çekləri ilə 1 (bir) alqı-satqı əqdi qeydiyyata alınmışdır;
-10 (on) səhmdar cəmiyyəti ilə 101 415 749 (yüz bir milyon dörd yüz on beş min yeddi yüz qırx doqquz) manat məbləğində borclara dair veksel tərtib olunmuşdur;
-Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 395 101 887 (üç yüz doxsan beş milyon yüz bir min səkkiz yüz səksən yeddi) ədəd dövlət aksiz markası qəbul edilmişdir;
-Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə cəmi 301 257 736 (üç yüz bir milyon iki yüz əlli yeddi min yeddi yüz qırx altı) ədəd, o cümlədən
252 347 384 (iki yüz əlli iki milyon üç yüz qırx yeddi min üç yüz səksən dörd) ədəd tütün məmulatlarına tətbiq edilən, 22 184 456 (iyirmi iki milyon yüz səksən dörd min dörd yüz əlli altı) ədəd alkoqollu içkilərə tətbiq edilən və 26 725 896 (iyirmi altı milyon yeddi yüz iyirmi beş min səkkiz yüz doxsan altı) ədəd pivəyə tətbiq edilən aksiz markası təhvil verilmişdir.