SİYASƏT


Q.Karasin: Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsi üzərində iş aparılır

Moskva, 6 may, AZƏRTAC 

“Xəzər beşliyi” ölkələri (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) avqustda keçiriləcək sammitdə Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsi üzərində iş aparırlar. Bu sənəd bir çox mübahisəli, o cümlədən Xəzərin ehtiyatlarının mənimsənilməsi məsələlərini həll etməyə imkan verəcək.

Bu fikirləri Rusiya Federasiyası xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin Dövlət Dumasında çıxışı zamanı səsləndirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Q.Karasin hazırda bütün “Xəzər beşliyi” ölkələrinin intensiv iş apardığını, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun yaradıldığını qeyd edib. Sənəd Xəzərin mahiyyəti, gələcəkdə onun ehtiyatlarının Xəzəryanı dövlətlər tərəfindən mənimsənilməsinə yanaşma tərzi, su hövzəsinin milli sektorlara bölünməsi kimi bu və ya digər bir çox mübahisəli və aydın olmayan məsələləri həll etməyə imkan verəcək.

Rusiya xarici işlər nazirinin müavini deyib: “Avqust ayında “Xəzər beşliyi” ölkələrinin sammitinin, çox ehtimal ki, Qazaxıstanda keçirilməsi planlaşdırılır. Biz tərəfdaşlarımızla birgə bu Konvensiyanın məhz qarşıdakı sammitdə imzalanması üçün ciddi hazırlıq işləri aparırıq”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.