İQTİSADİYYAT
QUBADA DVV-NİN YENİ LAYİHƏSİ HƏYATA KEÇİRİLİR
DVV-nin Azərbaycan üzrə milli əlaqələndiricisi Fuad Muradov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, layihə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdindəki Quba Aqrar Regional Elmi Mərkəzin dəstəklənməsinə yönəldilmişdir. Burada layihə çərçivəsində təlim keçəcək 20 mütəxəssis gələcəkdə ölkənin bütün şimal bölgələrində kənd təsərrüfatı sahəsində məsləhətçilik fəaliyyəti ilə məşğul olacaqdır.
F.Muradov vurğulamışdır ki, bir neçə həftə davam edəcək məşğələlər zamanı mütəxəssislər təsərrüfatlarda fermerlərin işi ilə tanış olacaqlar. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş layihəni respublikanın digər bölgələrində də həyata keçirmək nəzərdə tutulur.
Xatırladaq ki, DVV-nin əsas məqsədlərindən biri dünyanın müxtəlif regionlarında yaşlı əhalinin ixtisasının dəyişdirilməsi proqramlarının gerçəkləşdirilməsidir. DVV layihələri artıq 30 ildir bütün dünyada həyata keçirilir və Avropa Birliyi, Almaniyanın xarici işlər, iqtisadi əməkdaşlıq və inkişaf nazirlikləri tərəfindən dəstəklənir.