İQTİSADİYYAT


Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası Türkiyə konfederasiyası ilə əməkdaşlıq edəcək

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) Türkiyənin “Uluslararası Yatırım ve İş Dünyası Konfederasyonu” (ULUSKON) ilə yeni birgə əməkdaşlığa imza atıb.

AQSİA-dan AZƏRTAC-a bildirilib ki, fevralın 18-də Ankarada keçirilən Türkiyə-Azərbaycan biznes forumunda iki qurum arasında memorandum imzalanıb. Sənəd iki təşkilat arasında atılan ilk əməkdaşlıq addımıdır. Bundan əlavə, yaxın gələcəkdə hər iki ölkənin biznes təşkilatları ölkələrarası iqtisadi əlaqələrin inkişafına töhfə verəcək yeni layihələr üzərində əməkdaşlıq qurmağı planlaşdırır.

Eyni zamanda, AQSİA Türkiyədə fəaliyyət göstərən “Bakü Örme Kumaş Sanaye ve Ticaret LTD” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.