İDMAN
Qadın güləşçilərimiz Avropa çempionatına Türkiyədə hazırlaşırlar
Bakı, 28 yanvar, AZƏRTAC
Qadınlardan ibarət güləş yığmamız ölkə xaricində növbəti təlim-məşq toplanışına start verib.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, millimiz baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkiyədə hazırlıq keçir.
Avropa çempionatına və qarşıdakı lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyan toplanışda Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) iştirak edirlər.
Komandamız fevralın 10-dək Ədirnədə Türkiyə yığması ilə birgə hazırlıq keçəcək. Millimiz qitə birinciliyində iştirak etmək üçün İtaliyanın paytaxtı Romaya qonşu ölkədən yollanacaq.
Qeyd edək ki, yığmanın lideri Mariya Stadnik məşqləri Ukraynanın Lvov şəhərində davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]