İDMAN
Qadın idman gimnastikası üzrə Azərbaycan yığma komandasına yeni baş məşqçi təyin olunub
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycanın qadın idman gimnastikası üzrə yığma komandasına yeni baş məşqçi - belaruslu mütəxəssis Olqa Barkalava təyin olunub.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, O.Barkalava 22 ildir qadın idman gimnastikası üzrə məşqçilik fəaliyyəti ilə məşğuldur. O, son altı il ərzində Belarus millisinin məşqçisi kimi fəaliyyət göstərib.
O.Barkalava yeni vəzifəyə təyinatından sonra federasiyanın mətbuat xidmətinə müsahibəsində deyib: “Yığma komandanın məşq etdiyi zalda oldum. Gimnastlarla tanış oldum. İdman gimnastikasının inkişafı üçün burada hər cür şərait var. Çox gözəl məşq zalıdır. Mənə göstərilən etimada görə çox minnətdaram. Çalışacağam ki, Azərbaycanın qadın idman gimnastları Avropa və dünya arenasında güclü rəqabət aparmaq bacarığına malik olsunlar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]