İQTİSADİYYAT


“Qadın və gənc sahibkarlara dəstək” müsabiqəsinə bugünədək 6,6 milyon manat dəyərində 65 layihə daxil olub

“Qadın və gənc sahibkarlara dəstək” müsabiqəsinə bugünədək 6,6 milyon manat dəyərində 65 layihə daxil olub

Bakı, 9 dekabr, AZƏRTAC

Qadın və gənc sahibkarlara güzəştli kreditlərin verilməsinin təşviqi məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında keçirilən “Qadın və gənc sahibkarlara dəstək” adlı müsabiqəyə sentyabrın 20-dən bəri 6,6 milyon manat dəyərində 65 layihə daxil olub.

Bu barədə AZƏRTAC-a Sahibkarlığın İnkişafı Fondundan məlumat verilib.

Qeyd edək ki, qaliblər Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına maliyyələşdirilməsinə müsbət qərar verilib və kredit ayrılmış layihələrin sayı əsas götürülməklə müəyyənləşdiriləcək. Ən çox layihə təqdim etmiş ilk 3 iştirakçı mükafatlandırılacaq.

Müsabiqəyə müraciətlərin qəbulu dekabrın 15-də bitəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.