İDMAN


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib

Bakı, 19 avqust, AZƏRTAC

Avropa çempionatında iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamız Sloveniyada təlim-məşq toplanışını davam etdirir.

Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, hazırlıq prosesi çərçivəsində millimiz Sloveniya yığması ilə yoldaşlıq oyunu keçirib. Voleybolçularımız yoldaşlıq matçında 5:0 hesabı ilə qalib gəliblər.

Komandamız növbəti yoldaşlıq oyununu avqustun 20-də yenidən Sloveniya yığmasına qarşı keçirəcək.

Millimiz Avropa çempionatının keçiriləcəyi Macarıstana avqustun 21-də Sloveniyadan birbaşa yollanacaq.

“C” qrupunda mübarizə aparacaq komandamızın rəqibləri Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya və Macarıstan yığmaları olacaq.

Qeyd edək ki, son Avropa çempionatında millimiz dördüncü olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.