CƏMİYYƏT


Qadını ölümlə hədələyən iki qardaşdan qanunsuz saxladıqları ov tüfəngləri götürülüb

Bakı, 19 yanvar, AZƏRTAC

Salyan Rayon Polis Şöbəsinə Dayıkənd kənd sakini olan qadının ögey oğlu tərəfindən tüfənglə öldürüləcəyi ilə hədələnməsi barədə məlumat verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Qadını ölümlə hədələyən X.Tarverdiyev və qardaşı F.Tarverdiyevdən qanunsuz saxladıqları “İJ-18E” və “TOZ-16” markalı iki ov tüfəngi götürülüb.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.