İDMAN
Qadınlar arasında voleybol üzrə Avropa çempionatı: Belarus və Çexiya milliləri pley-offda qarşılaşırlar
Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində pley-off görüşlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında günün ilk qarşılaşması Belarus və Çexiya voleybolçuları arasında keçirilir.
Bu matçın qalibi sentyabrın 28-də dörddəbir final mərhələsində Serbiya kollektivinin rəqibi olacaq.
Digər oyunda isə Niderland və Xorvatiya milliləri üz-üzə gələcəklər. Matçdan qalib ayrılan komanda sentyabrın 28-də dörddəbir finalda İtaliya millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, pley-off mərhələsinin bütün görüşləri Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.