İDMAN
Qadınlar arasında voleybol üzrə dünya çempionatının III turunda növbəti oyunlar keçirilib
Tokio, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Yaponiyada keçirilən qadınlar arasında voleybol üzrə dünya çempionatında III turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Naqoya şəhərində davam edən yarışların ikinci günündə H qrupunda Niderland yığması ABŞ millisi ilə qarşılaşıb. Gərgin keçən idman mübarizəsi niderlandlı voleybolçuların 3:2 (30:32, 15:25, 25:22, 25:21, 15:9) hesablı qələbəsi ilə başa çatıb.
Həmin gün G qrupunda keçirilən İtaliya-Yaponiya qarşılaşması da çox gərgin idman mübarizəsi şəraitində keçib və 3:2 (25:20, 22:25, 25:21,19:25, 15:13) hesabı ilə italiyalı voleybolçuların xeyrinə qurtarıb.
III tur çərçivəsində növbəti oyunlar oktyabrın 16-da keçiriləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]