ELM VƏ TƏHSİL
Qafqaz İslam Ordusunun 100-cü ildönümü qeyd olunub
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qafqaz İslam Ordusunun 100-cü ildönümü münasibətilə tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin azadlığı, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. İki qardaş ölkə bir çox sahələrdə, o cümlədən elm və təhsil sahəsində uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlıqda fəal iştirak edən ADPU Türkiyənin müxtəlif universitetləri ilə beynəlxalq simpoziumlar, konfranslar və digər elmi tədbirlər həyata keçirir. ADPU gələcəkdə bu əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.
Tədbirdə Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Mahmud Ağırman, mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi, türkiyəli tələbələrin idarə heyətinin sədri Hakan Köseyi Qafqaz İslam Ordusunun Azərbaycanın türk-müsəlman əhalisinə qarşı törədilən kütləvi qırğınlarının qarşısının alınmasındakı rolundan və Dağıstan müsəlmanlarına göstərdiyi köməkdən danışıblar.
Sonra Qafqaz İslam Ordusunun 100-cü ildönümü ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbir bədii hissə ilə davam etdirilib.