ELM VƏ TƏHSİL


Qafqazşünaslıq İnstitutu əməkdaşlarının xarici ölkələrdə bu il 52 məqaləsi dərc edilib

Bakı, 25 noyabr, AZƏRTAC

Qafqazşünaslıq İnstitutunun əməkdaşları bu il 52-si xarici ölkələrdə (Çili, Rusiya, Türkiyə, Qazaxıstan, Bolqarıstan, Ukrayna, Avstriya) olmaqla 111 məqalə və tezis, internet saytlarında və qəzetlərdə isə 169 məqalə dərc etdiriblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Qafqazşünaslıq İnstitutunun Elmi Şurasının videoformatda keçirilən iclasında bildirilib. Qeyd olunub ki, bununla yanaşı, hesabat ilində institutun direktoru, Milli Məclisin deputatı, professor Musa Qasımlının kitabı (kollektiv) ABŞ-da, elmi işlər üzrə direktor müavini Ramilə Dadaşovanın monoqrafiyası Türkiyədə nəşr edilib. Azərbaycanda isə 6 kitab, 4 tədris-metodiki vəsait çap etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.