İDMAN


Qana Futbol Federasiyasında korrupsiya ilə bağlı araşdırma aparan jurnalist güllələnib

Bakı, 18 yanvar, AZƏRTAC

Qananın Futbol Federasiyası və onun liqalarında korrupsiya ilə bağlı araşdırma aparan jurnalist Əhməd Hüseyn-Suale paytaxtda motosikletdə olan naməlum şəxslər tərəfindən güllələnib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, 2018-ci ilin yayında “BBC Africa Eye” şirkəti Əhmədlə birlikdə jurnalistlər qrupunun apardıqları araşdırma əsasında Qananın Futbol Federasiyasının prezidenti Kvesi Nayantakii, digər məmurlar, həmçinin hakimlərin korrupsiya fəaliyyəti haqqında sənədli film təqdim etmişdi. Filmin nümayişindən sonra Nayantakii ömürlük diskvalifikasiya almış, Qana hökuməti isə Milli Futbol Federasiyasını ləğv etmişdi.

Qeyd olunur ki, daha əvvəl Qana parlamentinin üzvü Kennedi Aqzponq Hüseyn-Sualenin fotoşəklini yaymış və onunla hesab çəkməyə çağırmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.