CƏMİYYƏT


Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 21 santimetr azalıb

Bakı, 20 may, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan yağışın bəzi yerlərdə leysan xarakterli olması nəticəsində Böyük Qafqazın bəzi çaylarında sululuq artıb, Kişçay çayında isə qısamüddətli daşqın müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 130, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az olmaqla 40-70, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla 50-100 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildiriblər ki, mayın 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 490 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 66 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 21 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 177 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla onun 87 faizinə bərabərdir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 3 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 339 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla onun 88 faizinə bərabərdir.

Mayın 20-də Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr artaraq 440 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 235 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 2 santimetr azalıb və 263 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 227 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 2 santimetr artaraq 182 santimetrə bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.