QAN YADDAŞI


“Qanlı tarix – Xocalı soyqırımı” xarici KİV-də

Bakı, 3 mart, AZƏRTAC

Bir sıra nüfuzlu xəbər portalları – Əlcəzairin “Dzayerinfo”, Çinin “Alharir”, Özbəkistanın “İnterpress”, “Azcultur.uz”, İspaniyanın “Turan.es”, Gürcüstanın “İverioni”, Türkiyənin “Alternatiftarih”, “Tded” saytları, İranın “Saib Təbriz” qəzeti Dövlət Tərcümə Mərkəzinin müxtəlif dillərdə hazırladığı “Qanlı tarix – Xocalı soyqırımı” yazısına öz səhifələrində yer ayırıb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tarixi faktlara istinadən hazırlanmış yazı və videoçarx Azərbaycanın yaxın keçmişində baş vermiş faciəvi hadisədən – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı alayın hərbi texnikası ilə Azərbaycanın qədim şəhəri olan Xocalıda dinc əhaliyə qarşı törətdikləri soyqırımından, insanlığa sığmayan vəhşiliklərdən bəhs edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.